AZCD Group QSC AZCD Group QSC
  • 416

AZCD Group QSC

Tikinti

Hüquqşünas

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Hüquqşünas

  • Deadline 13 Aprel 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Hüquqi sənədləri hazırlayır və onların qanunvericiliyə uyğunluğunu yoxlayır, hüquqi məsləhətlər verir, müqavilələri təhlil edir, hüquqi riskləri qiymətləndirir və qarşısını almaq üçün tədbirlər təklif edir.

Vəzifə öhdəlikləri:

  • Müqavilələrin, ərizələrin, məktubların və digər bütün növ hüquqi ekspertiza tələb edən sənədlərin tərtib edilməsini və ya nəzərdən keçirilməsini təmin etmək və ya həmin işlərin icrasında  şöbə rəhbərinə  köməklik göstərmək;
  • Müqavilələrin hüquqi ekspertizasını həyata keçimək;
  • Dövlət orqanları və ictimai təşkilatlarla yazışmaların aparılması;
  • Hüquqi məsələlərlə bağlı məktub, ərizə və şikayətlərə müvafiq qaydada və müəyyən olunmuş vaxt ərzində cavabların hazırlanması;
  • Təşkilatın korporativ hüquqi sənədlərinə dəyişikliklərin, həmçinin filial və nümayəndəliklərin qeydiyyatının təmin edilməsi üçün zəruri olan işlərin icra edilməsi;
  • Podraçılarla müqavilələrin razılaşdırılması;
  • Rəhbərlik  tərəfindən qoyulan digər  tapşırıqları tələb edilən qaydada icra etmək.

Tələblər:

  • Ali təhsil (Hüquq sahəsində); 
  • Azərbaycan dili zəruri, İngilis və ya Rus dili arzuolunandır;
  • Mülki, əmək, inzibati qanunvericiliyi sahəsində biliklər;  
  • Müvafiq sahədə min 2 il təcrübə;
  • Analitik düşüncə və problem həll etmə bacarığı;
  • MS Office proqramlarını yaxşı bilmək.

Əmək şəraiti:

  • Pozitiv və dəstəkləyici iş mühiti
  • İş qrafiki: Bazar ertəsi – Cümə günü (5 gün)
  • İş vaxtı: 09:00-18:00
  • Könüllü tibbi sığorta
  • Əmək haqqı işçinin təcrübə və bacarıqlarına uyğun olaraq tərəflər arasında razılaşdırılır

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Hüquqşünas” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.

  • Daily22
  • Weekly551
  • Monthly1122