AZCD Group QSC AZCD Group QSC
  • 173

Layihə Meneceri (İnşaat üzrə)

Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Layihə Meneceri (İnşaat üzrə)

  • Истекает 30 май 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Tikinti layihələrini başlanğıcdan tamamlanmaya qədər idarə etmək, layihələrin vaxtında, büdcə daxilində, keyfiyyət, təhlükəsizlik və müqavilə tələblərinə uyğun şəkildə həyata keçirilməsini təmin etmək.

Vəzifə öhdəlikləri:

  • Layihənin planlaşdırılması və icrası – Ətraflı layihə planları, qrafiklər və mərhələlər hazırlamaq, tikintinin bütün mərhələlərində effektiv icrasını təmin etmək;
  • Büdcə və xərclərin idarə edilməsi – Layihə büdcəsini hazırlamaq və idarə etmək, xərclərə nəzarət etmək və artıq xərclərin qarşısını almaq üçün tədbirlər görmək;
  • Müqavilələlər və müştərilərlə əlaqə – Müştərilər, məsləhətçilər və subpodratçılarla müqavilələri idarə etmək, bütün tərəflərlə güclü əlaqələr qurmaq;
  • Sahə nəzarəti və koordinasiya – Tikinti sahəsində işləri nəzarətdə saxlamaq, subpodratçılar, mühəndislər və təchizatçılar arasında koordinasiyanı təmin etmək;
  • Keyfiyyətə nəzarət və uyğunluq – Bütün işlərin texniki tələblərə, keyfiyyət standartlarına və normativ qaydalara uyğun olmasını təmin etmək;
  • Əməyin mühafizəsi və təhlükəsizlik – Sahədə sağlamlıq, təhlükəsizlik və ətraf mühit (HSE) standartlarına ciddi riayət olunmasını təmin etmək;
  • Risklərin idarə edilməsi – Potensial riskləri müəyyən etmək və gecikmələrin və əlavə xərclərin qarşısını almaq üçün strategiyalar hazırlamaq;
  • Satınalma prosesinə nəzarət – Material və xidmətlərin vaxtında təmin edilməsi üçün satınalma komandası ilə koordinasiya aparmaq;
  • İrəliləyişin izlənməsi və hesabatlılıq – Layihənin gedişatını büdcə və qrafikə uyğun izləmək, rəhbərlik və müştərilər üçün mütəmadi hesabatlar hazırlamaq;
  • Problemlərin həlli və qərarvermə – Layihə zamanı yaranan çətinlikləri operativ şəkildə həll etmək və əsaslandırılmış qərarlar vermək.

Əsas məsuliyyət göstəriciləri:

  • Layihənin vaxtında təhvil verilməsi;
  • Büdcəyə uyğunluq və xərclərin effektivliyi;
  • Tikinti işlərinin keyfiyyəti;
  • Təhlükəsizlik və normativ tələblərə uyğunluq.

Tələblər:

  • Ali təhsil (inşaat mühəndisliyi, tikinti idarəçiliyi və ya əlaqəli sahə üzrə);
  • Tikinti layihələrinin idarə edilməsində sahəsində minimum 5 il təcrübə;
  • Tikinti prosesləri, müqavilələr və xərclərə nəzarət üzrə güclü bilik;
  • Yüksək liderlik, ünsiyyət və təşkilatçılıq bacarıqlar;
  • Layihə idarəetmə alətləri üzrə bilik (AutoCAD, MS Project, Primavera);
  • Güclü problem həll etmə və qərarvermə bacarıqları.

Əmək şəraiti:

  • Pozitiv və dəstəkləyici iş mühiti
  • İş qrafiki: Bazar ertəsi – Cümə (5 gün)
  • İş saatları: 09:00–18:00
  • Könüllü tibbi sığorta
  • Əmək haqqı işçinin təcrübə və bacarıqlarına uyğun olaraq tərəflər arasında razılaşdırılır.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Layihə Meneceri” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.

  • Daily3
  • Weekly436
  • Monthly3