AZCD Group QSC AZCD Group QSC
  • 197

AZCD Group QSC

Tikinti

Planlama meneceri (İnşaat)

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Planlama meneceri (İnşaat)

  • Deadline 5 Dekabr 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Planlama meneceri layihələrin ümumi planlaşdırma prosesinə rəhbərlik edən şəxsdir. O, planlama mühəndislərinin işini koordinasiya edir, layihə cədvəllərinin strategiyasını müəyyənləşdirir, resursların optimal istifadəsini təmin edir və layihənin vaxtında, büdcə çərçivəsində icrasına nəzarət edir. Həmçinin, rəhbərliyə və müştəriyə layihənin planlaşdırma vəziyyəti barədə strateji hesabatlar təqdim edir.

Vəzifə öhdəlikləri:

  • Sahə üzrə işlərin yerinə yetirilməsi üçün lazım olan bütün aidiyyatı sənəd və materiallarla təmin edilməsini təşkil etmək;
  • Tikinti üzrə sənədləşmənin və risk qiymətləndirilməsinin hazırlanması və ərazi üçün lazımi iş metodologiyasının hazırlanıb tətbiq edilməsinə nəzarət etmək;
  • Gündəlik işlərin görülməsi ardıcıllığının icrası və sahə ilə əlaqələndirilməsi;
  • Subpodratçılardan alınan təkliflərin texniki və kommersiya üzrə müqayisəsini təhlil etmək və ödəniş sənədləri də daxil olmaqla subpodrat işlərini izləmək;
  • Tikintinin icrası zamanı problemlərin həll edilməsi üçün təkliflərin verilməsi, proseslər arasında ziddiyyət yarandıqda bu barədə lazımiı şəxslərə məlumat vermək;
  • İş zamanı məsuliyyətli və dəqiq olmaq, mütəmadi rəhbərliyə hesabat vermək;
  • Texniki ofis üzrə siyasət və prosedurlarının həyata keçirilməsində iştirak etmək;
  • Layihə üzrə müqavilə sənədləri ilə tanış olmaq (vaxt cədvəli, layihə dizayn cizgilər, qiymət cədvəli və s.);
  • Tikinti zamanı yarana biləcək hər hansı gözlənilməz texniki çətinliklərin və digər problemlərin həllində iştirak etmək/məlumat vermək;
  • Layihənin sonunda yekun hesabatların hazırlanması və layihə məsləhətçisinə təhvil verilməsi;
  • Şöbənin işinin təşkili, illik büdcəsinin hazırlanması və nəzarət;
  • Layihələrin nəzərdən keçirilməsi, razılaşdırılması və Layihələrin yerinə yetirilməsinə nəzarət;
  • Layihələrin və cari təmir-tikinti proseslərinin vaxt analizini etmək, proseslərin inkişafını təmin etmək;
  • Layihələrin yerinə yetirilməsi zamanı ortaya çıxan plandan yayınmalar və gecikmələri izləmək, aradan qaldırılması üçün tədbir görülməsini təmin etmək;
  • Fəaliyyətin və eyni zamanda gərəkən resursların planlanması, aylıq hesabatların hazırlanması;
  • Plana əsasən iş qrafikini müəyyən etmək və qrafikə uyğun icrasını təmin etmək;
  • Müvafiq müddət aralığına aid (həftəlik, aylıq və s.) planlaşdırılmış və reallaşdırılmış istehsal hesabatlarını hazırlamaq;
  • İşlərin yerinə yetirilmə metodlarının hazırlanması;
  • Muvafiq orqanlarla yazışmaların aparılması;
  • Yerinə yetirilmiş işlərin ölçülməsi və müvafiq mal-material silgisinin təşkili;
  • Yerinə yetirilmiş işlərin və bitmiş layihələrin texniki təhvil alınması;
  • Yerinə yetirilmış işlər üçün hesabların hazırlanması;
  • Tenderlərin texniki hissəsinin hazırlanma prosesini təmin etmək.

Tələblər:

  • Ali təhsil (İnşaat sahəsində);
  • Müvafiq sahədə minimum 5 il, o cümlədən rəhbər vəzifədə ən azı 2 il təcrübə;
  • MS Office (Word, Excel), AutoCad, Primavera, MS Project proqramlarını yüksək səviyyədə bilməli; 
  • Güclü analitik və riyazi düşüncə, problem həll etmə və qərarvermə bacarığı;
  • Layihə planlaşdırılması, resursların idarə edilməsi və icra proseslərinin koordinasiyası üzrə dərin nəzəri və praktiki biliklər;
  • Məsuliyyətli, punktual və komandada işləmə bacarığı;
  • Azərbaycan dilində sərbəst, rus və ya ingilis dillərini bilməsi üstünlükdür.

Əmək şəraiti:

  • Pozitiv və dəstəkləyici iş mühiti
  • İş qrafiki: Bazar ertəsi – Cümə günü (5 gün)
  • İş vaxtı: 09:00-18:00
  • Əmək haqqı işçinin təcrübə və bacarıqlarına uyğun olaraq tərəflər arasında razılaşdırılır

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Planlama meneceri” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.

  • Daily83
  • Weekly440
  • Monthly461