Müəssisənin ehtiyac duyduğu malların, iş və xidmətlərin vaxtında, səmərəli və büdcəyə uyğun şəkildə satın alınmasını həyata keçirir, həmçinin satınalma prosesinin planlaşdırılması, təchizatçıların seçilməsi və müqavilələrin hazırlanmasında iştirak edir.
Vəzifə öhdəlikləri:
- Şirkətin ehtiyaclarına uyğun mal və xidmətlərin satınalma prosesini planlamaq və icra etmək
- Tender prosesinin koordinasiyasını təmin etmək
- Təchizatçı bazasının araşdırılması, yeni təchizatçıların cəlb olunması və mövcud təchizatçılarla əlaqələrin idarə olunması
- Təkliflərin (commercial offers) toplanması, müqayisəli təhlilin aparılması və ən optimal variantın seçilməsi
- Qiymət danışıqlarının aparılması və sərfəli müqavilə şərtlərinin əldə olunması
- Müqavilələrin hazırlanmasında iştirak etmək, şərtlərin icrasına nəzarət etmək
- Satınalma prosesində büdcəyə uyğunluğun təmin edilməsi və xərclərin optimallaşdırılması
- Mal və xidmətlərin vaxtında və keyfiyyətə uyğun şəkildə təhvil alınmasına nəzarət etmək
- Tender və satınalma prosedurlarının şirkət siyasətlərinə və qanunvericiliyə uyğun aparılmasını təmin etmək
- Daxili şöbələrlə koordinasiyalı işləmək
- Satınalma və tender prosesləri üzrə hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi
- Bazar qiymətlərinin monitorinqi və risklərin qiymətləndirilməsi
- Alternativ məhsul və təchizat həllərinin araşdırılması və təklif edilməsi
Tələblər:
- Ali təhsil (İnşaat, İqtisadiyyat, Menecment və ya digər aidiyyatı sahələr üzrə);
- Təchizat bazarı və satınalma prosedurları haqqında biliklər;
- Bina, otel və s. tipli inşaat şirkətlərində minimum 3 il iş təcrübəsi;
- Məsuliyyətli və detallara diqqətli olmalıdır;
- MS Office, həmçinin 1C proqramlarını bilməlidir;
- Azərbaycan dili zəruridir, rus və ya ingilis dillərini bilməsi üstünlükdür.
Əmək şəraiti:
- Pozitiv və dəstəkləyici iş mühiti
- İş qrafiki: Bazar ertəsi – Cümə günü (5 gün)
- İş vaxtı: 09:00-18:00
- 3 ay sınaq müddətindən sonra könüllü tibbi sığorta
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Satınalma üzrə mütəxəssis” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.