AZCD Group QSC AZCD Group QSC
  • 228

Satınalma üzrə mütəxəssis (İnşaat üzrə)

Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Satınalma üzrə mütəxəssis (İnşaat üzrə)

  • Истекает 17 май 2026
Откликнуться
Для отклика надо копировать нижеуказанный е-мейл.

Müəssisənin ehtiyac duyduğu malların, iş və xidmətlərin vaxtında, səmərəli və büdcəyə uyğun şəkildə satın alınmasını həyata keçirir, həmçinin satınalma prosesinin planlaşdırılması, təchizatçıların seçilməsi və müqavilələrin hazırlanmasında iştirak edir. 

Vəzifə öhdəlikləri:

  • Şirkətin ehtiyaclarına uyğun mal və xidmətlərin satınalma prosesini planlamaq və icra etmək 
  • Tender prosesinin koordinasiyasını təmin etmək 
  • Təchizatçı bazasının araşdırılması, yeni təchizatçıların cəlb olunması və mövcud təchizatçılarla əlaqələrin idarə olunması 
  • Təkliflərin (commercial offers) toplanması, müqayisəli təhlilin aparılması və ən optimal variantın seçilməsi 
  • Qiymət danışıqlarının aparılması və sərfəli müqavilə şərtlərinin əldə olunması 
  • Müqavilələrin hazırlanmasında iştirak etmək, şərtlərin icrasına nəzarət etmək 
  • Satınalma prosesində büdcəyə uyğunluğun təmin edilməsi və xərclərin optimallaşdırılması 
  • Mal və xidmətlərin vaxtında və keyfiyyətə uyğun şəkildə təhvil alınmasına nəzarət etmək 
  • Tender və satınalma prosedurlarının şirkət siyasətlərinə və qanunvericiliyə uyğun aparılmasını təmin etmək 
  • Daxili şöbələrlə koordinasiyalı işləmək 
  • Satınalma və tender prosesləri üzrə hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi 
  • Bazar qiymətlərinin monitorinqi və risklərin qiymətləndirilməsi 
  • Alternativ məhsul və təchizat həllərinin araşdırılması və təklif edilməsi 

Tələblər:

  • Ali təhsil (İnşaat, İqtisadiyyat, Menecment və ya digər aidiyyatı sahələr üzrə);
  • Təchizat bazarı və satınalma prosedurları haqqında biliklər;
  • Bina, otel və s. tipli inşaat şirkətlərində minimum 3 il iş təcrübəsi;
  • Məsuliyyətli və detallara diqqətli olmalıdır;
  • MS Office, həmçinin 1C proqramlarını bilməlidir;
  • Azərbaycan dili zəruridir, rus və ya ingilis dillərini bilməsi üstünlükdür.

Əmək şəraiti:

  • Pozitiv və dəstəkləyici iş mühiti
  • İş qrafiki: Bazar ertəsi – Cümə günü (5 gün)
  • İş vaxtı: 09:00-18:00
  • 3 ay sınaq müddətindən sonra könüllü tibbi sığorta

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Satınalma üzrə mütəxəssis” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.

  • Daily0
  • Weekly615
  • Monthly1708