AZCD Group QSC AZCD Group QSC

AZCD Group QSC

Tikinti , Bina tikintisi

Tender və sənədlərə nəzarət üzrə mütəxəssis

Tender və sənədlərə nəzarət üzrə mütəxəssis

  • Deadline 21 Noyabr 2026

Vəzifə öhdəlikləri

  • Dövlət və özəl tender elanlarını (o cümlədən etender.gov.az portalını) izləmək, iştirak şərtlərini təhlil etmək;
  • Portalda qeydiyyat, iştirak haqqının ödənilməsi və təklif sənədlərinin elektron qaydada yüklənməsini təmin etmək;
  • Tender üçün tələb olunan ixtisas, hüquqi və maliyyə sənədlərini toplamaq, hazırlamaq və tamlığını yoxlamaq;
  • Texniki və kommersiya təkliflərinin, iş həcmləri (BOQ), texnika və işçi heyəti cədvəllərinin hazırlanması üçün aidiyyəti şöbələrlə koordinasiya aparmaq;
  • Şərtlər toplusu üzrə aydınlaşdırma sorğularını hazırlamaq və cavabları izləmək;
  • Təklif və icra təminatlarının (bank qarantiyalarının) alınması, müddətlərinin izlənməsi və ləğvi üzrə Maliyyə şöbəsi ilə koordinasiya etmək;
  • Tender sənədlərinin müəyyən edilmiş müddətdə təqdimatını təmin etmək, nəticələri izləmək və tender reyestrini aparmaq;
  • Tenderlərlə bağlı rəsmi yazışmaları aparmaq və qeydiyyatını saxlamaq;
  • Daxil olan və göndərilən sənədləri qeydiyyata almaq, transmittallar hazırlamaq və aidiyyəti şəxslərə yönləndirmək;
  • Şirkətdaxili və layihə sənədlərinin kodlaşdırılmasını, revizya və versiyalarının uçotunu, sənəd registrini (MDL) aparmaq;
  • Sənədlərin razılaşdırılma və təsdiq prosesini izləmək;
  • Sənədləri elektron və kağız formatda sistemləşdirmək, arxivləşdirmək və məxfiliyini qorumaq;
  • Tenderlərin və sənədlərin cari vəziyyəti barədə həftəlik və aylıq hesabatlar hazırlamaq.

Namizədə tələblər

  • Ali təhsil;
  • Tender hazırlanması və/və ya sənədlərə nəzarət (DCC) sahəsində ən azı 5 il iş təcrübəsi (tikinti sahəsində təcrübə üstünlükdür);
  • “Dövlət satınalmaları haqqında” Qanun və elektron satınalma portalı ilə işləmək bacarığı;
  • MS Office, xüsusilə Word və Excel proqramlarında sərbəst işləmək bacarığı;
  • Azərbaycan dilində səlis, ingilis dilində işgüzar səviyyədə yazılı və şifahi ünsiyyət;
  • Rəsmi yazışma və sənədləşmə bacarığı;
  • Detallara diqqət, məsuliyyət, son tarixlərə riayət və vaxtın düzgün idarə edilməsi;
  • Müxtəlif şöbələrlə koordinasiyalı işləmək bacarığı.

Əmək şəraiti:

  • Pozitiv və dəstəkləyici iş mühiti
  • İş qrafiki: Bazar ertəsi – Cümə günü (5 gün)
  • İş vaxtı: 09:00-18:00
  • Könüllü tibbi sığorta
  • Əmək haqqı işçinin təcrübə və bacarıqlarına uyğun olaraq tərəflər arasında razılaşdırılır

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.

  • Daily0
  • Weekly332
  • Monthly1753