Vəzifə öhdəlikləri
- Dövlət və özəl tender elanlarını (o cümlədən etender.gov.az portalını) izləmək, iştirak şərtlərini təhlil etmək;
- Portalda qeydiyyat, iştirak haqqının ödənilməsi və təklif sənədlərinin elektron qaydada yüklənməsini təmin etmək;
- Tender üçün tələb olunan ixtisas, hüquqi və maliyyə sənədlərini toplamaq, hazırlamaq və tamlığını yoxlamaq;
- Texniki və kommersiya təkliflərinin, iş həcmləri (BOQ), texnika və işçi heyəti cədvəllərinin hazırlanması üçün aidiyyəti şöbələrlə koordinasiya aparmaq;
- Şərtlər toplusu üzrə aydınlaşdırma sorğularını hazırlamaq və cavabları izləmək;
- Təklif və icra təminatlarının (bank qarantiyalarının) alınması, müddətlərinin izlənməsi və ləğvi üzrə Maliyyə şöbəsi ilə koordinasiya etmək;
- Tender sənədlərinin müəyyən edilmiş müddətdə təqdimatını təmin etmək, nəticələri izləmək və tender reyestrini aparmaq;
- Tenderlərlə bağlı rəsmi yazışmaları aparmaq və qeydiyyatını saxlamaq;
- Daxil olan və göndərilən sənədləri qeydiyyata almaq, transmittallar hazırlamaq və aidiyyəti şəxslərə yönləndirmək;
- Şirkətdaxili və layihə sənədlərinin kodlaşdırılmasını, revizya və versiyalarının uçotunu, sənəd registrini (MDL) aparmaq;
- Sənədlərin razılaşdırılma və təsdiq prosesini izləmək;
- Sənədləri elektron və kağız formatda sistemləşdirmək, arxivləşdirmək və məxfiliyini qorumaq;
- Tenderlərin və sənədlərin cari vəziyyəti barədə həftəlik və aylıq hesabatlar hazırlamaq.
Namizədə tələblər
- Ali təhsil;
- Tender hazırlanması və/və ya sənədlərə nəzarət (DCC) sahəsində ən azı 5 il iş təcrübəsi (tikinti sahəsində təcrübə üstünlükdür);
- “Dövlət satınalmaları haqqında” Qanun və elektron satınalma portalı ilə işləmək bacarığı;
- MS Office, xüsusilə Word və Excel proqramlarında sərbəst işləmək bacarığı;
- Azərbaycan dilində səlis, ingilis dilində işgüzar səviyyədə yazılı və şifahi ünsiyyət;
- Rəsmi yazışma və sənədləşmə bacarığı;
- Detallara diqqət, məsuliyyət, son tarixlərə riayət və vaxtın düzgün idarə edilməsi;
- Müxtəlif şöbələrlə koordinasiyalı işləmək bacarığı.
Əmək şəraiti:
- Pozitiv və dəstəkləyici iş mühiti
- İş qrafiki: Bazar ertəsi – Cümə günü (5 gün)
- İş vaxtı: 09:00-18:00
- Könüllü tibbi sığorta
- Əmək haqqı işçinin təcrübə və bacarıqlarına uyğun olaraq tərəflər arasında razılaşdırılır
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.