Vəzifə öhdəlikləri
· Dövlət və özəl tender elanlarını (o cümlədən etender.gov.az portalını) izləmək, iştirak şərtlərini təhlil etmək;
· Portalda qeydiyyat, iştirak haqqının ödənilməsi və təklif sənədlərinin elektron qaydada yüklənməsini təmin etmək;
· Tender üçün tələb olunan ixtisas, hüquqi və maliyyə sənədlərini toplamaq, hazırlamaq və tamlığını yoxlamaq;
· Texniki və kommersiya təkliflərinin, iş həcmləri (BOQ), texnika və işçi heyəti cədvəllərinin hazırlanması üçün aidiyyəti şöbələrlə koordinasiya aparmaq;
· Şərtlər toplusu üzrə aydınlaşdırma sorğularını hazırlamaq və cavabları izləmək;
· Təklif və icra təminatlarının (bank qarantiyalarının) alınması, müddətlərinin izlənməsi və ləğvi üzrə Maliyyə şöbəsi ilə koordinasiya etmək;
· Tender sənədlərinin müəyyən edilmiş müddətdə təqdimatını təmin etmək, nəticələri izləmək və tender reyestrini aparmaq;
· Tenderlərlə bağlı rəsmi yazışmaları aparmaq və qeydiyyatını saxlamaq;
· Daxil olan və göndərilən sənədləri qeydiyyata almaq, transmittallar hazırlamaq və aidiyyəti şəxslərə yönləndirmək;
· Şirkətdaxili və layihə sənədlərinin kodlaşdırılmasını, revizya və versiyalarının uçotunu, sənəd registrini (MDL) aparmaq;
· Sənədlərin razılaşdırılma və təsdiq prosesini izləmək;
· Sənədləri elektron və kağız formatda sistemləşdirmək, arxivləşdirmək və məxfiliyini qorumaq;
· Tenderlərin və sənədlərin cari vəziyyəti barədə həftəlik və aylıq hesabatlar hazırlamaq.
Namizədə tələblər
Ali təhsil;
Tender hazırlanması və/və ya sənədlərə nəzarət (DCC) sahəsində ən azı 5 il iş təcrübəsi (tikinti sahəsində təcrübə üstünlükdür);
“Dövlət satınalmaları haqqında” Qanun və elektron satınalma portalı ilə işləmək bacarığı;
MS Office, xüsusilə Word və Excel proqramlarında sərbəst işləmək bacarığı;
Azərbaycan dilində səlis, ingilis dilində işgüzar səviyyədə yazılı və şifahi ünsiyyət;
Rəsmi yazışma və sənədləşmə bacarığı;
Detallara diqqət, məsuliyyət, son tarixlərə riayət və vaxtın düzgün idarə edilməsi;
Müxtəlif şöbələrlə koordinasiyalı işləmək bacarığı.
Əmək şəraiti:
Pozitiv və dəstəkləyici iş mühiti
İş qrafiki: Bazar ertəsi – Cümə günü (5 gün)
İş vaxtı: 09:00-18:00
Könüllü tibbi sığorta
Əmək haqqı işçinin təcrübə və bacarıqlarına uyğun olaraq tərəflər arasında razılaşdırılır
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Tender və sənədlərə nəzarət üzrə mütəxəssis” yazaraq [email protected] ünvanına göndərmələri xahiş olunur.