Şirkətimiz dövlət satınalmaları sahəsində işlərin təşkili və satınalma proseslərinin idarə olunması üzrə Dövlət Satınalmaları üzrə Mütəxəssis axtarır.
Əsas vəzifə öhdəlikləri:
- Dövlət satınalmaları üzrə elanların və uyğun tenderlərin mütəmadi monitorinqini aparmaq;
- Tender və kotirovka sorğularının hazırlanması və elektron sistemə yerləşdirilməsini təmin etmək;
- Satınalma sənədlərini, texniki və kommersiya təkliflərini hazırlamaq;
- Tender sənədlərinin tələblərini təhlil etmək və şirkətin uyğunluğunu qiymətləndirmək;
- Tenderlərdə iştirak üçün tələb olunan sənədlərin toplanması, hazırlanması və vaxtında təqdim edilməsini təşkil etmək;
- Elektron satınalma portalında müvafiq əməliyyatları həyata keçirmək;
- Tender nəticələrini və müqavilə şərtlərini izləmək;
- Satınalma prosesləri üzrə hesabat və məlumatları hazırlamaq;
- Dövlət satınalmaları ilə bağlı qanunvericilik və normativ dəyişiklikləri izləmək;
- Satınalma prosesində digər struktur bölmələrlə koordinasiyalı işləmək.
Namizədə tələblər:
- Ali təhsil;
- Dövlət satınalmaları və tender sahəsində 2 il iş təcrübəsi;
- Azərbaycan Respublikasının dövlət satınalmaları üzrə qanunvericiliyi haqqında məlumat;
- Elektron satınalma portalından istifadə bacarığı;
- MS Office proqramlarında, xüsusilə Word və Excel-də yaxşı işləmə bacarığı;
- Sənədlərlə işləmə və analitik düşünmə qabiliyyəti;
- Yüksək məsuliyyətlilik, diqqətlilik və operativlik;
- Komandada işləmək bacarığı.
İş şərtləri:
- İş qrafiki: 5 günlük iş həftəsi
- İş saatları: 09:00–18:00
- Əmək haqqı: müsahibə əsasında
- Əmək müqaviləsi rəsmiləşdirilir.
Uyğun namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərərək vakansiyaya müraciət edə bilərlər.