Dövlət Satınalmaları üzrə Mütəxəssis

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Dövlət Satınalmaları üzrə Mütəxəssis

  • Deadline 6 Sentyabr 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Şirkətimiz dövlət satınalmaları sahəsində işlərin təşkili və satınalma proseslərinin idarə olunması üzrə Dövlət Satınalmaları üzrə Mütəxəssis axtarır.

Əsas vəzifə öhdəlikləri:

  • Dövlət satınalmaları üzrə elanların və uyğun tenderlərin mütəmadi monitorinqini aparmaq;
  • Tender və kotirovka sorğularının hazırlanması və elektron sistemə yerləşdirilməsini təmin etmək;
  • Satınalma sənədlərini, texniki və kommersiya təkliflərini hazırlamaq;
  • Tender sənədlərinin tələblərini təhlil etmək və şirkətin uyğunluğunu qiymətləndirmək;
  • Tenderlərdə iştirak üçün tələb olunan sənədlərin toplanması, hazırlanması və vaxtında təqdim edilməsini təşkil etmək;
  • Elektron satınalma portalında müvafiq əməliyyatları həyata keçirmək;
  • Tender nəticələrini və müqavilə şərtlərini izləmək;
  • Satınalma prosesləri üzrə hesabat və məlumatları hazırlamaq;
  • Dövlət satınalmaları ilə bağlı qanunvericilik və normativ dəyişiklikləri izləmək;
  • Satınalma prosesində digər struktur bölmələrlə koordinasiyalı işləmək.

Namizədə tələblər:

  • Ali təhsil;
  • Dövlət satınalmaları və tender sahəsində 2 il iş təcrübəsi;
  • Azərbaycan Respublikasının dövlət satınalmaları üzrə qanunvericiliyi haqqında məlumat;
  • Elektron satınalma portalından istifadə bacarığı;
  • MS Office proqramlarında, xüsusilə Word və Excel-də yaxşı işləmə bacarığı;
  • Sənədlərlə işləmə və analitik düşünmə qabiliyyəti;
  • Yüksək məsuliyyətlilik, diqqətlilik və operativlik;
  • Komandada işləmək bacarığı.

İş şərtləri:

  • İş qrafiki: 5 günlük iş həftəsi
  • İş saatları: 09:00–18:00
  • Əmək haqqı: müsahibə əsasında
  • Əmək müqaviləsi rəsmiləşdirilir.

Uyğun namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərərək vakansiyaya müraciət edə bilərlər.

  • Daily0
  • Weekly560
  • Monthly577