A Azconstruction A MMC
  • 259

Azconstruction A MMC

Tikinti , Bina tikintisi

1C Operatoru

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

1C Operatoru

  • Deadline 21 Noyabr 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

“AZ CONSTRUCTION A” MMC 1C Operatoru vakansiyası elan edir!

“AZ CONSTRUCTION A” MMC komandasına məsuliyyətli, diqqətli və 1C proqramı üzrə biliklərə malik 1C Operatoru axtarır!

Əsas vəzifə və öhdəliklər

  • 1C proqramına məlumatların düzgün və vaxtında daxil edilməsini təmin etmək;
  • İlkin sənədləri, elektron qaimələri və hesab-fakturaları sistemə işləmək;
  • Mal-materialların mədaxil və məxaric əməliyyatlarını 1C proqramında qeydiyyata almaq;
  • Anbar qalıqlarının uçotunu aparmaq və məlumatların düzgünlüyünü yoxlamaq;
  • Mal-material hərəkəti üzrə sənədləri və hesabatları hazırlamaq;
  • Mühasibatlıq və anbar şöbələri ilə koordinasiyalı işləmək;
  • Sənədlərdə və sistem məlumatlarında aşkar olunan uyğunsuzluqlar barədə rəhbərliyə məlumat vermək;
  • Rəhbərlik tərəfindən verilən müvafiq tapşırıqları yerinə yetirmək.

Namizədə qarşı tələblər

  • Müvafiq sahə üzrə ali və ya orta ixtisas təhsili;
  • Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi;
  • 1C proqramında işləmək üzrə praktiki təcrübə;
  • Mal-material uçotu və anbar əməliyyatları üzrə biliklər;
  • MS Excel proqramında işləmək bacarığı;
  • İlkin sənədlərlə işləmək və məlumatları düzgün sistemləşdirmək bacarığı;
  • Diqqətlilik, məsuliyyət və dəqiqlik.

İş şəraiti

  • İş yeri: Bakı şəhəri
  • İş günləri: Həftənin 5 günü
  • İş saatları: 09:00–18:00
  • Əməkhaqqı: Namizədin bilik və təcrübəsinə uyğun olaraq, müsahibə əsasında müəyyən edilir.
  • Rəsmi əmək müqaviləsi
  • Peşəkar və işgüzar iş mühiti

Vakansiya ilə maraqlanan namizədlər CV-lərini “1C Operatoru” başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

  • Daily116
  • Weekly448
  • Monthly1866