“AZ CONSTRUCTION A” MMC Mühasib vakansiyası elan edir!
“AZ CONSTRUCTION A” MMC komandasına tikinti sahəsində təcrübəsi olan, məsuliyyətli və dəqiq Mühasib axtarır!
Əsas vəzifə və öhdəliklər
- Mühasibat uçotunu qanunvericiliyin tələblərinə uyğun aparmaq;
- İlkin mühasibat sənədlərini, elektron qaimələri və hesab-fakturaları yoxlamaq və rəsmiləşdirmək;
- Tikinti materialları, mal və xidmətlər üzrə uçotu aparmaq;
- Tikinti layihələri üzrə xərcləri və podratçı-subpodratçılarla hesablaşmaları izləmək;
- Debitor və kreditor borclarına nəzarət etmək;
- İşçilərin əməkhaqqısını və digər ödənişlərini hesablamaq;
- Bank əməliyyatlarını və ödəniş sənədlərini rəsmiləşdirmək;
- Vergi və digər maliyyə hesabatlarını hazırlamaq;
- Anbar qalıqlarına nəzarət etmək, faktiki qalıqları uçot məlumatları ilə üzləşdirmək;
- Materialların və əsas vəsaitlərin inventarizasiyasında iştirak etmək;
- Mühasibat məlumatlarını 1C və MS Excel proqramlarında işləmək;
- Maliyyə məlumatlarını və hesabatları rəhbərliyə təqdim etmək;
- Sənədlərin düzgün saxlanmasını və mühasibat uçotunda daxili nəzarət qaydalarına riayət olunmasını təmin etmək;
- Rəhbərliyin müvafiq tapşırıqlarını vaxtında və keyfiyyətlə yerinə yetirmək.
- tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirmək.
Namizədə qarşı tələblər
- Mühasibatlıq və ya maliyyə sahəsi üzrə ali təhsil
- Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi;
- Mühasibat və vergi qanunvericiliyi üzrə biliklər;
- 1C və MS Excel proqramlarında işləmək bacarığı;
- İlkin sənədləşmə və maliyyə hesabatlarının hazırlanması üzrə təcrübə;
- Mal-material uçotunun aparılması və anbar qalıqlarına nəzarət üzrə bilik və təcrübə;
- Peşəkar sertifikatların olması üstünlükdür.
İş şəraiti
- İş yeri: Bakı şəhəri
- İş günləri: Həftənin 5 günü
- İş saatları: 09:00–18:00
- Əməkhaqqı: Namizədin bilik və bacarıqlarına uyğun olaraq, müsahibə əsasında müəyyən edilir.
- Rəsmi əmək müqaviləsi
- Peşəkar və işgüzar əmək mühiti
Vakansiya ilə maraqlanan namizədlər CV-lərini “Mühasib” başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına başlığı ilə göndərə bilərlər.