“AZ CONSTRUCTION A” MMC Texniki Ofis Mühəndisi vakansiyası elan edir!
“AZ CONSTRUCTION A” MMC tikinti layihələri üzrə komandasına texniki sənədləşmə və layihə işləri sahəsində təcrübəsi olan Texniki Ofis Mühəndisi axtarır!
Vəzifə öhdəlikləri:
- Tikinti işləri üzrə texniki sənədlərin, layihə çertyojlarının və iş həcmlərinin hazırlanması və yoxlanılması;
- Görülmüş işlərin həcmlərinin ölçülməsi, ölçü cədvəllərinin və icra sənədlərinin tərtib edilməsi;
- Materialların silinməsi və istifadəsi üzrə sənədlərin hazırlanması, faktiki sərfiyyatın yoxlanılması və nəzarətdə saxlanılması;
- Anbar üzrə materialların mədaxil və məxaricinin, qalıqlarının və hərəkətinin izlənilməsi;
- Smeta sənədlərinin hazırlanması, yoxlanılması və faktiki görülmüş iş həcmləri ilə müqayisə edilməsi;
- Material sərfiyyatının smeta və layihə göstəricilərinə uyğunluğuna nəzarət;
- Tikinti sahəsindən daxil olan məlumatların sistemləşdirilməsi və müvafiq hesabatların hazırlanması;
- Sahə mühəndisləri, iş icraçıları, anbar və mühasibatlıq şöbəsi ilə koordinasiyalı işin təşkili.
Namizədə tələblər:
- Tikinti mühəndisliyi və ya müvafiq texniki sahə üzrə ali təhsil;
- Müvafiq sahədə minimum 3 il iş təcrübəsi;
- Smeta, material sərfiyyatı, silinmə sənədləri və anbar uçotu üzrə bilik və təcrübə;
- AutoCAD, MS Excel və MS Office proqramları ilə işləmək bacarığı;
- Tikinti layihələri, iş həcmləri və texniki sənədlərlə işləmək bacarığı;
- Dəqiqlik, analitik düşüncə və məsuliyyətlilik.
İş şəraiti
- İş yeri: Xocavənd və Ağdam şəhəri
- İş günləri: Həftənin 5 günü
- İş saatları: 09:00–18:00
- Əməkhaqqı: Namizədin bilik və təcrübəsinə uyğun olaraq, müsahibə əsasında müəyyən edilir.
- Rəsmi əmək müqaviləsi
- Peşəkar və işgüzar iş mühiti
Vakansiya ilə maraqlanan namizədlər CV-lərini “Texniki Ofis Mühəndisi” başlığı Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.