Vəzifə öhdəlikləri:
- Tikinti üzrə verilmiş memarlıq və konstruktiv həllər əsasında smetaların tərtib edilməsi;
- Layihə sənədlərinə, tikinti norma və qaydalarına, texniki şərtlərə və başqa normativ sənədlərə əməl olunmasına nəzarət edilməsi;
- Layihə üzrə görülən işlərin günlük və həftəlik iş planının hazırlanması;
- Görülmüş işlər üzrə aylıq və həftəlik hesabatların hazırlanıb şöbə rəisinə təqdim olunması;
- Metodiki və normativ materialların, texniki sənədlərin, eləcə də işlənib hazırlanmış layihə və proqramların yerinə yetirilməsi üçün tədbirlər və təkliflərin işlənib hazırlanması;
- İşlərin, xidmətlərin görülmə müddətlərinin ixtisara salınmasının mümkünlüyünün araşdırılması, onların yerinə yetirilməsi prosesinin hazırlanması, lazımi texniki materiallar, məlumatlar və avadanlıqla təmin olunmanın nəzərə alınması;
- İşlərin qrafiklərini, sifarişləri, ərizələri, təlimatları, sxem və digər texniki sənədləri tərtib edilməsi, eləcə də təsdiq olunmuş forma və müəyyən olunmuş müddətlər üzrə qoyulmuş hesabatların tərtib edilməsi;
- Cari layihələndirmə üçün əmək üzrə limitlərin paylaşdırılmasının hazırlanması;
- Yeni normativ qiymət, preyskurant, kataloqlar, vahid qiymətlər toplusu və s. qüvvəyə minməsi ilə əlaqədar, vaxtlı-vaxtında layihə-smeta sənədlərində lazımi dəyişikliklərin edilməsi;
- Tikintisi başa çatmış obyektlər üçün çəkilən xərclərin silinməsi üçün mühasibatlığa lazımi sənədlərin təqdim edilməsi;
- Yerinə yetirilmiş işlər üçün texniki və material hesabatlarının tərtib olunması
- Sifarişçinin tələbinə əsasən büdcənin hesablanması və tikinti prosesinin hər mərhələsi üçün ayrılıqda büdcə smetasının hazırlanması;
- Müqavilə əsasında materiallar, miqdar, işçi qüvvəsi və vaxt müddəti daxil olmaqla müqavilə xərclərinin hazırlanması və təhlili;
- Vahid qiymət analizləri;
- Müqaviləyə daxil olmayan iş həcminin dəyərləndirilməsi;
- Tikinti materialları və inventarına nəzarət;
Tələblər:
- Ali təhsil:İnşaat mühəndisi ixtisası üzrə bakalavr dərəcəsi;
- İş təcrübəsi : Mülki tikinti sahəsində ən azı 5 il iş təcrübəsi;
- Dil bilikləri: Azərbaycan dili (Rus dili, İngilis dili arzuolunandır)
- MS Office proqramlarında yüksək səviyyədə işləmək bacarığı
Əlavə məlumat:
- İş qrafiki: 6/1, 08:00-18:00
- Əmək haqqı: Müsahibə zamanı namizədin bilik bacarıqlarına uyğun təyin olunacaq.
- İş yeri: Bakı şəhəri. Nərimanov rayonu, Ziya Bünyadov 625
CV-nizi elektron poçt ünvanına mövzu hissəsində vəzifə adını “Smeta Mühəndisi” qeyd edərək Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərməklə müraciət edə bilərsiniz. Yalnız vakansiyanın tələblərini qarşılayan namizədlər iş müsahibəsinə dəvət olunacaqlar.