Vəzifə öhdəlikləri:
- Təhkim olunduğu obyektlər üzrə texniki nəzarəti həyata keçirmək.
- Hər ay yerinə yetirilmiş iş həcmlərini yerində dəqiqləşdirməklə Forma 2, Forma 3, xərc analizi;
- Görülmüş işlərin hesabatını aparmaq, texniki sənədləşməni tərtib etmək;
- Obyektlərin inşaası üçün texniki sənədləşmənin əldə edilməsini təmin etmək;
- Tikintinin gedişatı zamanı müxtəlif işlərin(elektromontaj,sanitar və s.) icra edilməsininin keyfiyyətinə nəzarət edilməsi;
- Nəzarətin nəticələri uzrə qeydlər aparılması;
- Nəzarət nəticəsində üzə çıxan uyğunsuzluqlar haqqında layihənin iş icraçısına məlumatın verilməsi;
- Təşkilatın layihələrinin icrası zamanı baş verən çətinlik və uğursuzluqların(geciktirmə,keyfiyyətin aşağı düşməsi və s.) səbəblərini, layihə obyektlərinin istismarı haqqında məlumatları analiz edilməsi;
- Başa çatmış tikinti-montaj işlərinin qeydiyatının aparılması;
- Ümumi tikinti planının icrası haqqında hesabat üçün lazım olan məlumatların hazırlanması;
- Ortaya çıxan nöqsanları aradan qaldırmaq üçün tədbirlərin götülməsi;
- Tikinti-montaj işlərinin icrasını,podratçı təşkilatlardan başa çatmış işlərin qəbulunu,başa çatmış tikinti-montaj işlərin və obyektlərin qəbulunu həyata keçirilməsi,lazımi texniki sənədləşmənin tərtib edilməsi;
- Tikinti zamanı üzə çıxan layihə üzrə qərar dəyişikliklərin müzakirə və razılaşdırılmasında,tikinti obyektlərinin qəbul və istismarını həyata keçirən komissiyada iştirakı;
Tələblər:
- Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi
- Ali təhsil;
- MS Office (Excel, Outlook, Word), 1C, AutoCAD;
- Analitik düşüncə tərzi;
- Dəqiqlik, operativlik.
Əmək haqqı namizədlərin bilik və bacarıqlarına, peşəkarlıq səviyyəsinə uyğun olaraq, qarşılıqlı razılıq əsasında təyin olunacaqdır.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzü yerinə "Texniki nəzarət üzrə mühəndis" yazaraq elektron poçt ünvanına göndərilməsi xahiş olunur.