Azconstruction QSC Azconstruction QSC
  • 410

Azconstruction QSC

Construction

Texniki nəzarət üzrə mühəndis

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Texniki nəzarət üzrə mühəndis

  • Deadline 26 April 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

İş rejimi:

  • 6 günlük iş qrafiki
  • Həftə içi: 08:00 – 18:00
  • 6-cı gün: qısaldılmış iş günü
  • Əmək haqqı müsahibə əsasında, namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin olunur.

Vəzifə öhdəlikləri:

  • Tikinti sahələrində aparılan işlərin mütəmadi monitorinqini həyata keçirmək, mövcud vəziyyəti qiymətləndirmək və aşkar olunan çatışmazlıqlar barədə rəhbərliyə ətraflı məlumat və təqdimatlar hazırlamaq;
  • Sahə rəisləri ilə gündəlik əlaqə saxlamaq, iş prosesinə təsir edən problemləri operativ şəkildə müəyyənləşdirmək və onların aradan qaldırılması istiqamətində tədbirlər görmək;
  • Tikinti işlərinin təsdiq olunmuş plan-qrafikə uyğun icrasına nəzarət etmək;
  • Layihə üzrə görülən işlərin keyfiyyət göstəricilərini mütəmadi qiymətləndirmək, təhlillər aparmaq və keyfiyyətin artırılması üçün təkliflər vermək;
  • Tikintidə istifadə olunan materialların, texnika və mexanizmlərin, həmçinin işçi qüvvəsinin müəyyən olunmuş norma və limitlərə uyğun istifadəsinə nəzarət etmək, israfçılığın qarşısını almaq;
  • Tikinti sahələrindən tələb olunan texniki və material hesabatlarının müəyyən olunmuş qaydada və vaxtında baş ofisə təqdim edilməsini təmin etmək;
  • Görülən işlərə dair sənədlərin (Forma №2) düzgünlüyünü yerində yoxlamaq, uyğunsuzluqları araşdırmaq və aradan qaldırılması üçün tədbirlər görmək;
  • İcra olunmuş işlər üzrə gündəlik fəaliyyətləri ümumiləşdirərək həftəlik və aylıq hesabatlar hazırlamaq;
  • Plan üzrə işlərdə yaranan gecikmələrin səbəblərini təhlil etmək, riskləri qiymətləndirmək və həll yolları təklif etmək;
  • Subpodratçı təşkilatların işlərinin planlı və keyfiyyət standartlarına uyğun icrasına nəzarət etmək;
  • Yerinə yetirilən işlər üzrə gizli iş aktlarının tərtib olunmasını təmin etmək;
  • Tikinti işləri üzrə müvafiq iş jurnallarının tərtibi və düzgün doldurulmasına nəzarət etmək;
  • Bina və qurğuların ətrafında, həmçinin ərazidə aparılan əksdolğu işlərində qruntun kipləşdirilməsinə nəzarət etmək, laborator sınaqların aparılmasını və protokolların alınmasını təmin etmək;
  • Tikintidə istifadə olunan materialların keyfiyyətinin müvafiq laboratoriyalarda yoxlanılmasını və sınaq protokollarının əldə olunmasını təmin etmək.

Tələblər:

  • Müvafiq sahə üzrə ali təhsil
  • Tikinti və ya texniki nəzarət sahəsində iş təcrübəsi
  • Tikinti norma və qaydalarını bilmək
  • Analitik düşünmə və problem həll etmə bacarığı
  • Məsuliyyətlilik, dəqiqlik və operativlik

Maraqlanan namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına “vəzifə adını” qeyd edərək göndərə bilərlər.Vəzifə adı mütləq qeyd olunmalıdır əks halda CV-lərə baxılmayacaq.

  • Daily23
  • Weekly167
  • Monthly1786