İş rejimi:
- 6 günlük iş qrafiki
- Həftə içi: 08:00 – 18:00
- 6-cı gün: qısaldılmış iş günü
- Əmək haqqı müsahibə əsasında, namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin olunur.
Vəzifə öhdəlikləri:
- Tikinti sahələrində aparılan işlərin mütəmadi monitorinqini həyata keçirmək, mövcud vəziyyəti qiymətləndirmək və aşkar olunan çatışmazlıqlar barədə rəhbərliyə ətraflı məlumat və təqdimatlar hazırlamaq;
- Sahə rəisləri ilə gündəlik əlaqə saxlamaq, iş prosesinə təsir edən problemləri operativ şəkildə müəyyənləşdirmək və onların aradan qaldırılması istiqamətində tədbirlər görmək;
- Tikinti işlərinin təsdiq olunmuş plan-qrafikə uyğun icrasına nəzarət etmək;
- Layihə üzrə görülən işlərin keyfiyyət göstəricilərini mütəmadi qiymətləndirmək, təhlillər aparmaq və keyfiyyətin artırılması üçün təkliflər vermək;
- Tikintidə istifadə olunan materialların, texnika və mexanizmlərin, həmçinin işçi qüvvəsinin müəyyən olunmuş norma və limitlərə uyğun istifadəsinə nəzarət etmək, israfçılığın qarşısını almaq;
- Tikinti sahələrindən tələb olunan texniki və material hesabatlarının müəyyən olunmuş qaydada və vaxtında baş ofisə təqdim edilməsini təmin etmək;
- Görülən işlərə dair sənədlərin (Forma №2) düzgünlüyünü yerində yoxlamaq, uyğunsuzluqları araşdırmaq və aradan qaldırılması üçün tədbirlər görmək;
- İcra olunmuş işlər üzrə gündəlik fəaliyyətləri ümumiləşdirərək həftəlik və aylıq hesabatlar hazırlamaq;
- Plan üzrə işlərdə yaranan gecikmələrin səbəblərini təhlil etmək, riskləri qiymətləndirmək və həll yolları təklif etmək;
- Subpodratçı təşkilatların işlərinin planlı və keyfiyyət standartlarına uyğun icrasına nəzarət etmək;
- Yerinə yetirilən işlər üzrə gizli iş aktlarının tərtib olunmasını təmin etmək;
- Tikinti işləri üzrə müvafiq iş jurnallarının tərtibi və düzgün doldurulmasına nəzarət etmək;
- Bina və qurğuların ətrafında, həmçinin ərazidə aparılan əksdolğu işlərində qruntun kipləşdirilməsinə nəzarət etmək, laborator sınaqların aparılmasını və protokolların alınmasını təmin etmək;
- Tikintidə istifadə olunan materialların keyfiyyətinin müvafiq laboratoriyalarda yoxlanılmasını və sınaq protokollarının əldə olunmasını təmin etmək.
Tələblər:
- Müvafiq sahə üzrə ali təhsil
- Tikinti və ya texniki nəzarət sahəsində iş təcrübəsi
- Tikinti norma və qaydalarını bilmək
- Analitik düşünmə və problem həll etmə bacarığı
- Məsuliyyətlilik, dəqiqlik və operativlik
Maraqlanan namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına “vəzifə adını” qeyd edərək göndərə bilərlər.Vəzifə adı mütləq qeyd olunmalıdır əks halda CV-lərə baxılmayacaq.