Vəzifə öhdəlikləri:
- İşçilərin təhlükəsizliyini təmin etməsi üçün SƏTƏM qaydalarının işlənməsi, tətbiqi və icrasına nəzarət etməsi.
- İş yerlərində risklərin qiymətləndirilməsini aparması və zəruri profilaktik tədbirləri təklif etməsi.
- Qəza, insident və təhlükəli situasiyalar üzrə araşdırma aparması, hesabat hazırlaması və düzəldici tədbirlər təklif etməsi.
- Yeni işçilərə və mövcud əməkdaşlara SƏTƏM təlimləri keçirməsi.
- Şirkətin SƏTƏM sənədləşməsini (jurnallar, aktlar, protokollar) formalaşdırması və qeydiyyatını aparması.
- Fövqəladə hallar üzrə təlim planlarını hazırlaması və icrasını təşkil etməsi.
- Yanğın təhlükəsizliyi və ilk yardım qaydalarının icrasına nəzarət etməsi.
- SƏTƏM üzrə aylıq və illik hesabatlar hazırlaması və rəhbərliyə təqdim etməsi.
Namizədə dair tələblər:
- Müvafiq sahə üzrə ali təhsil
- SƏTƏM sahəsində minimum 3-5 il iş təcrübəsi
- Təhlükəsizlik standartları və normativ tələblər üzrə bilik
- Təlim keçmə bacarığı, analitik düşüncə
- Kompüter bilikləri (MS Office proqramları)
- Məsuliyyətlilik və operativlik
Təminatlar:
- Nahar şirkət tərəfindən verilir;
- İş qrafiki: 5 günlük;
- Azərbaycan Respublikası Əmək Q. əsasən rəsmiləşdirilmə;
- Əmək haqqı: 1400-1600 AZN
Yuxarıda qeyd olunan tələblərə cavab verdiyinizi düşünürsünüzsə, CV-nizi “SƏTƏM üzrə Mühəndis” başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyinizi xahiş edirik.