“AzEduNet” MMC (Azərbaycan Təhsil Şəbəkəsi) ona həvalə edilmiş “2008-2013-cü illərdə Azərbaycan Respublikasında Təhsil Sisteminin İnformasiyalaşdırılması üzrə Dövlət Proqramı”nın Fəaliyyət Planında nəzərdə tutulmuş təhsil sisteminin sürətli ölkə-daxili İntranet şəbəkəsinin yaradılması və təhsil müəssisələrinin mərkəzləşmiş şəklində İnternetə çıxışının təmin edilməsi üzrə vəzifələrin icrası“nı həyata keçirən Cəmiyyətdir.
Bu gün “AzEduNet” MMC yeganə unikal şirkətdir ki, təhsil müəssisələrini vahid şəbəkəyə qoşmaq və şəbəkəyə xidmət göstərmək üçün BÜTÜN xidmətləri təhsil müəssisələrində ÖZÜ həyata keçirir.
Hər il olduğu kimi, bu il də “AzEduNet” MMC 2026-cı il aprel-iyun aylarında həyata keçiriləcək MİQ (Müəllimlərin İşə Qəbulu) layihəsinin hazırlıq mərhəsində dəstək, imtahanlar zamanı MİQ mərkəzlərində Texniki dəstək göstərəcək mütəxəssisləri dəvət edir.
Layihə keçiriləcək Regionlar: Bakı, Sumqayıt, Hacıqabul, Balakən, Zaqatala, Şəmkir, Şirvan, Xaçmaz, Şamaxı, Şəki, Mingəçevir, Kürdəmir, Beyləqan, Biləsuvar, Lənkəran, Astara, Masallı, Ağcəbədi, Bərdə, Gəncə, Tovuz, Salyan, Naxçıvan.
Namizədlərə verilən əsas tələblər:
- Fundamental Kompüter bilikləri;
- Komandada işləmək bacarığı;
- Kommunikasıya bacarığı;
- Məsuliyyətlilik;
İş şəraiti:
- İş qrafiki: 6 gün.
- İş rejimi: 09:00-18:00
- İstirahət günü: Bazar günü
- Ödəniş: müsahibə vaxtı müəyyən ediləcək.
Müraciət qaydası: CV-nizi Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına, mövzu sahəsində - “Texniki dəstək üzrə mütəxəssis” yazmaqla göndərə bilərsiniz.