Vəzifə öhdəlikləri:
- Müqavilələrdə və məlumatlarda səhvlərin sistemli şəkildə aşkarlanması və qarşısının alınması üçün biznes proseslərin hazırlanması və tətbiqi
- Müqavilələrinin hazırlanması, razılaşdırılması və müşayiəti
- Müqavilələrin müddətlərinə nəzarət və şərtlərin icrasının izlənməsi
- Müqavilə və sənəd dövriyyəsinə dair daxili bölmələrlə əməkdaşlıq
- Müqavilələrin statusu, müddətləri və riskləri üzrə müntəzəm hesabatların hazırlanması
- Müqavilə sənədlərinin standartlaşdırılması və keyfiyyətinə nəzarət
- Müqavilə şablonlarının hazırlanmasında və yenilənməsində iştirak
- Müqavilə uçotu və sənəd dövriyyəsi proseslərinin optimallaşdırılması
- İşlərin koordinasiyası: müddətlərin, prioritetlərin və keyfiyyətin idarə olunması
Davranış bacarıqları:
- Təhlil etmək və problem həll etmək bacarığı;
- Tapşırıqların icrasında çevik yanaşma bacarığı;
- Analitik və problem həll etmə bacarığı;
- Əməkdaşlıq və Komanda işi;
- Diqqətlilik, sistemli yanaşma, düzgün yazılı və şifahi nitq bacarığı
Biliklər:
- Hüquq ixtisası üzrə ali təhsil;
- Müvafiq sahədə ən azı 3 illik iş təcrübəsi;
- Yüksək səviyyədə Azərbaycan, ingilis və rus dili biliyi;
- Microsoft Office proqramlarını yüksək səviyyədə bilmək və internet resurslarından mükəmməl istifadə bacarığı;
Əmək şəraiti:
- Həftə içi 5 gün saat (09:00-18:00);
- İstirahət günləri: Şənbə və Bazar;
- Korporativ nömrə (korporativ paket);
- Əmək haqqı: Namizədin bilik və bacarıqlarına əsasən razılaşma yolu ilə təyin ediləcək;
- Ünvan: Bakı şəh, Xətai rayonu, Daşqın Səfərov küç. 9.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.