A Azər Toxum

Elektrik və elektronika mühəndisi

Müraciət et
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Elektrik və elektronika mühəndisi

  • Deadline 24 İyun 2024
Müraciət et
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Əsas vəzifə və öhdəliklər:

  • Elektrik enerjisi istehsal edən qurğuların, stansiyaların, paylayıcı hava və kabel xətlərinin sxemini qurmaq
  • Sənaye təyinatlı və digər bina və obyektlərdə elektrik quraşdırma işlərini layihələndirmək, təkmilləşdirmə işlərini aparmaq
  • İstehsal, tikinti və quraşdırma standartları və spesifikasiyalarının tələblərinə uyğun layihələrin yaradılması üçün geniş texniki və maliyyə hesablamaları aparmaq
  • Müəssisənin gündəlik və gələcək inkişaf planlarının hazırlanmasında iştirak və onların yerinə yetirilməsinə nəzarət etmək
  • Elektrik enerjisinin istehsal, ötürücü və paylayıcı sistemlərinin işini idarə etmək və monitorinq etmək
  • Elektrik maşınları, elektrik intiqalı, dartma və digər avadanlıqlar, yaxud elektrik məişət avadanlıqları üçün sistemləri layihələşdirmək və bununla bağlı məsləhətlər vermək
  • Kommersiya, sənaye və məişət məqsədi ilə elektrik alətləri, avadanlıqları, qurğuları, komponentləri, məhsulları və sistemlərini layihələşdirmək, hazırlamaq, saxlamaq və təkmilləşdirmək
  • Avadanlıqlar və ehtiyat hissələrini sifariş vermək, müxtəlif növlü müqavilələr tərtib etmək və bağlamaq
  • Elektrik enerjisini istehsal edən qurğular və paylayıcı sistemlərin, müxtəlif elektrik işlədicilərinin, mühərrik və avadanlıqların işi və təhlükəsizliyinin monitorinq edilməsi üçün nəzarət standartları və proseduraları yaratmaq
  • Sınaq və yoxlama qrafiklərinin hazırlanmasında iştirak etmək
  • Tamamlanmış quraşdırma işlərinin layihəyə və avadanlığın texniki xarakteristikasına uyğunluğunun, iş və təhlükəsizlik standartlarına cavab verməsinin təmin edilməsi məqsədilə təftiş və müşahidə prosesini həyata keçirmək
  • Elektrik sistemləri üçün elektrik enerjisinin istehsal metodlarını müəyyənləşdirmək, eləcə də mövcud elektrik sistemlərinin müxtəlif elementlərini, maşın və avadanlıqları istismar etmək, saxlamaq və təmir etmək
  • Mövcud təlimatlara əsasən, avadanlıqların iş rejiminə və onların texniki normalara uyğun işləməsinə nəzarət etmək
  • İnformasiyanı elektron formada daxil etmək, qeyd etmək, saxlamaq və emal etmək
  • Elektrik nəzəriyyəsinin prinsiplərinin mühəndis layihələrində tətbiqi üçün tədqiqat metodologiyasını planlaşdırmaq və həyata keçirmək 
  • Elektrik sisteminin problemlərini müəyyənləşdirmək və onları həll etmək üçün sahə tədqiqatları, tədqiqat xəritələrii, qrafiklər, diaqramlar, sxemlər və digər məlumatları hazırlamaq

Vəzifə səriştələri:

  • Mexaniki komponentlər və maşınlar, xüsusən elektrik enerjisi ilə çalışan maşınların ümümi, texniki xüsusiyyətləri və iş prinsiplərini bilməli
  • Etibarlılıq
  • Mənafeləri müdafiə etmə
  • Məsuliyyətlilik və sahiblənmə

Vəzifədən gözləntilər:

  • Təhsil səviyyəsi: Peşə təhsili və ya Ali təhsil
  • İş təcrübəsi: 3-5 il
  • Dil bilikləri: Azərbaycan dili (əla)
  • Fiziki tələblər:Yoxdur

İş şəraiti:

  • İş Yeri:Yevlax rayonu, Nizami prospekti 2
  • İş qrafiki: 6 günlük
  • Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən əmək müqaviləsi 
  • Əmək haqqı:Müsahibə əsasında təyin olunur 

Maraqlananlar öz CV formalarını e-mail ünvanına göndərə bilər (məktubun mövzu bölməsində, “Elektrik və elektronika mühəndisi” qeyd etmək mütləqdir, əks halda namizədliyinizə baxılmayacaqdır).

Yuxarıda qeyd olunanları nəzərə alaraq, bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

  • Günlük0
  • Həftəlik0
  • Aylıq1395