“AZERA Holding” MMC tərkibindəki AZEMAL MMC-də Anbardar vakansiyasını elan edir.
İş haqqında məlumat:
- Yüklərin anbara qəbulunu, saxlanılmasını və oradan təhvil verilməsini təmin etmək;
- Anbara daxil olan yüklərin sənədlərlə uyğunluğunu yoxlamaq, həmçinin sağlamlığına, qablaşdırmasına diqqət yetirmək;
- Yükləri anbarda müvafiq yerlərə avadanlıqlar vasitələri ilə düzgün yerləşdirilməsinə nəzarət etmək, yükdaşıyanlar və xüsusi avtonəqliyyat vasitələrin sürücüləri tərəfindən xəbərdaredici nişanların tələblərinə əməl olunmasını tələb etmək;
- Zəruri hallarda - yüklərin sənədləşməsində çatışmamazlıq, yer və çəki çatışmamazlığı, qablaşdırılmanın zədələnməsi (pozulması) və yükün xarab olması hallarında rəhbərliyə məlumat vermək, yük nasazlığı haqqında akt tərtib edilməsində iştirak etmək;
- Yükün tərkibindən asılı olaraq, təhlükəli yüklər müəyyən olduğu təqdirdə həmin yük üzrə mütəxəssisi yükün qəbuluna cəlb etmək, onlar üçün ayrılmış xüsusi şəraiti olan anbara yerləşdirilməsini təmin etmək;
- Daşıma şirkətinə mənsub olan paletlərin, konteynerlərin, yük torlarının, kəmərlərin, bərkidici halqaların və digər texnikanın tərtibatların qəbulunda, saxlanmasında və göndərilməsində iştirak etmək;
- Digər anbarlara və yaxud istifadəyə veriləcək malların sənədlərini yoxlamaq və təhvil-təslim sənədlərini rəsmiləşdirmək;
- Yükün qəbulu və istifadəyə təhvili üzrə məlumatları proqram təminatındakı məlumat bazasına əlavə etmək;
- Anbarda olan yüklərin dövriyyəsini müvafiq hesabatlarda göstərmək, nəzarət etmək.
Tələblər:
- Orta ixtisas
- Müvafiq sahədə minimum 1 il iş təcrübəsi
- MC Office, 1C proqram biliyi
- Bəy namizədlərə üstünlük veriləcək
İş şərtləri:
- ƏM uyğun rəsmiləşdirilmə
- 6 günlük iş qrafiki
- Əmək haqqı: 700-900 AZN
- Ünvan: Bakı şəhəri, Suraxanı rayonu, Hövsan ŞTQ
Uyğun olan namizədlərdən cv-ni vakansiyanın və şirkətin adını mövzu hissəsinə yazmaqla Müraciət Et düyməsidnə qeyd olunan elektron poçt ünvanına göndərməyiniz, və ya +994 12 311 41 26 nömrəsi ilə əlaqə saxlamağınız xahiş olunur.