“AZERA Holding” tərkibindəki BMP QSC-də Anbardar vakansiyasını elan edir!
Vəzifə öhdəlikləri:
- Anbardar müxtəlif material qiymətlilərinin-yanacaq, xammal, yarımfabrikatlar, hazır məhsul, detallar, alətlər, əşyalar və s. anbara qəbulu, saxlanılması və anbardan verilməsini həyata keçirir.
- Qəbul edilən qiymətlilərin onlara qoşma sənədlərə uyğunluğunu yoxlayır.
- Material qiymətlilərinin növləri, keyfiyyəti, təyinatı və digər əlamətləri üzrə bölüşdürülməklə, əl və ya alətlər, xüsusi mexanizmlər vasitəsi ilə anbarda saxlanılma yerlərində yerləşdirilməsini təmin edir.
- Tibb müəssisəsində korlanmasının və itkisinin qarşısının alınması məqsədi ilə material və məhsulların saxlanılmasını təşkil edir.
- Material qiymətlilərinin qorunmasını təmin edir.
- Anbar daxilində yüklərin yüklənməsi və boşaldılması üzrə işlərə rəhbərlik edir.
- Material qiymətlilərini sifarişlər üzrə komplektləşdirir.
- Nasaz alətlər, cihazlar və s. üçün qüsur cədvəllərini, onların təmiri, silinməsi, eləcə də materialların çatışmazlığı və korlanması barədə aktları tərtib edir.
- Anbarda saxlanılan material qiymətlilərinin uçotunu və onların hərəkəti üzrə hesabat sənədləşdirməsini aparır.
- İnventarlaşdırmanın aparılmasında iştirak edir.
Tələblər:
- Ali təhsil
- Minimum 1.5-3 il
- MC Ofiice proqramlarında sərbəst işləmək
- Təmkinli və səbirli olması vacibdir.
- Qadın- Kişi (25 yas+)
İş şərtləri:
- Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən rəsmiləşdirmə.
- Əmək haqqı: 1000AZN
- İş qrafiki: 6 günlük
Uyğun olan namizədlərdən cv-lərinizi şirkətin və vakant yerin adını mövzu hissəsinə qeyd etməklə Müraciət Et düyməsində göstərilən mail ünvanına göndərməniz xahiş edilir.