Aparıcı mühasib

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Aparıcı mühasib

  • Deadline 22 November 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

“AZERA Holdinq” tərkibində fəaliyyət göstərən Biznes Vahidində Aparıcı mühasib vakansiyasını elan edir.

İş haqqında məlumat

  • Mühasibat uçotu üzrə gündəlik əməliyyatların düzgün və vaxtında aparılmasını təmin etmək.
  • Baş mühasibin tapşırıqları əsasında mühasibatlıq bölməsinin cari işlərini əlaqələndirmək.
  • İlkin mühasibat sənədlərini qəbul etmək, tamlığını və rəsmiləşdirilməsinin düzgünlüyünü yoxlamaq.
  • Mühasibat proqramında əməliyyatların müvafiq hesablar üzrə düzgün əks etdirilməsinə nəzarət etmək.
  • Bank çıxarışlarını mühasibat proqramı ilə gündəlik üzləşdirmək.
  • Kassa mədaxil və məxaric sənədlərinin düzgün tərtib edilməsinə nəzarət etmək.
  • Xammal, iplik, boya və kimyəvi vasitələrin anbara daxilolma sənədlərini yoxlamaq.
  • İstehsalın birbaşa material xərclərini uçota almaq və yoxlamaq.
  • İstehsal sahələri üzrə maya dəyəri və xərc hesabatlarını hazırlamaqda iştirak etmək. 
  • 1C və ya digər uçot sistemində məlumatların dəqiqliyini və tamlığını yoxlamaq.

Tələblər

  • Ali təhsil (Mühasibat uçotu, maliyyə və ya iqtisadiyyat ixtisası üzrə);
  • Azərbaycan dili səlis, rus dili, ingilis dili üstünlükdür
  • Mühasibat uçotu üzrə ən azı 4 il iş təcrübəsi; istehsalat müəssisəsində ən azı 2 il mühasibat təcrübəsi üstünlükdür.
  • Vergi uçotu, maliyyə hesabatları, istehsal maya dəyəri, 1C/ERP və Excel üzrə təlim və sertifikatlar üstünlükdür.
  • Analitik düşüncə, Operativlik və təşəbbüskarlıq,məsuliyyətli,çevik,komanda ilə işləmə bacarığı, stressə davamlı.
  • 1C və ya uyğun mühasibat proqramı, e-taxes, elektron qaimə sistemləri, MS Excel (düsturlar, hesabat və təhlil), Word və Outlook.
  • Bəy namizədlər

İş şərtləri və təminat

  • ƏM-nə uyğun rəsmiləşdirilmə
  • Əmək haqqı 1500-1700 AZN
  • 6 günlük iş qrafiki, 6-cı gün qısaldılmış 
  • Nahar və Servis xidməti şirkət tərəfindən təmin edilir
  • Ünvan: Bakı şəhəri, Xəzər rayonu 

CV-nizi “Aparıcı mühasib” mövzusu, şirkətin adı qeyd olunmaqla Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur

  • Daily40
  • Weekly488
  • Monthly1906