“AZERA Holding” MMC tərkibindəki Simerax MMC-də Baş mühasib vakansiyasını elan edir.
Vəzifə öhdəlikləri:
- Qanunvericiliyə uyğun olaraq müəssisənin maliyyə uçotunun təşkil edilməsi
- Maliyyə hesabatlarının (Balans hesabatı, Mənfəət və Zərər hesabatı, Pul vəsaitlərinin hərəkəti hesabatı) hazırlanması
- Vergi, Statistika, DSMF hesabatlarının hazrılanması və təqdim edilməsi
- Əməliyyatların 1C proqramında və mühasibat uçotu hesablarında (həmçinin mühasibat uçotu registrlərində) düzgün əks etdirilməsi, ona nəzarət, operativ məlumatların təqdim edilməsi
- Müəssisənin aktiv və passivlərinin, o cümlədən debitor və kreditor borcların, nağd vəsaitlərinin, mal qalığının, vergi öhdəliklərinin, gəlir və xərclərinin və s. uçotunun həyata keçirilməsi;
- Kassa və bank əməliyyatlarının, əsas vəsaitlərin, qeyri-material aktivlərin, mal-material ehtiyatların uçotunun düzgünlüyünə nəzarət etmək;
- Debitor və kreditor borcların mühasibat uçotu hesablarında düzgün əks etdirilməsini təmin etmək;
- Qanunvericiliklə müəyyən edilmiş müddətdə mühasibat sənədlərinin və vergilərin hesablanması və ödənilməsi üçün zəruri olan digər sənədlərin, habelə alış, satış və vergi ödənişlərini (tutulmalar) təsdiq edən sənədlərin saxlanılmasını təmin etmək;
- Ayın bağlanmasını 1C proqramında həyata keçirmək
Tələblər:
- Tam ali iqtisadi təhsil (mühasibatlıq və ya maliyyə ixtisası üzrə, magistr dərəcəsi olması arzuolunandır);
- Baş mühasib vəzifəsi üzrə ən azı 3 il iş təcrübəsi (İstehsalat sahəsində təcrübəsi olmaq üstünlükdür);
- Mühasibatlıqla bağlı yerli qanunvericiliyi, vergi məcəlləsini bilməli;
- Mühasibat uçotunun Beynəlxalq standartlarını bilməli (sertrifikat PMS), F3 və F7 sertifikatları
- MS Office, 1C proqramlarında yüksək səviyyədə işləyə bilməli;
İş şərtləri:
- Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən rəsmiləşdirmə.
- İş qrafiki: 5 günlük
- Əmək haqqı: 2200 -2500 AZN
- Ünvan: Bakı şəhər, Xırdalan yolu
Uygun olan namizədlərdən cv-lərinizi şirkətin və vakant yerin adını mövzu hissəsinə qeyd etməklə elektron poçt ünvanına göndərməniz xahiş edilir.