A Azera Holding
  • 1.3K

Azera Holding

Peşəkar xidmətlər

Baş mühasib

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Baş mühasib

  • Deadline 26 Mart 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

   “AZERA Holding” MMC tərkibindəki Simerax MMC-də  Baş mühasib  vakansiyasını elan edir.

Vəzifə öhdəlikləri:

  • Qanunvericiliyə uyğun olaraq müəssisənin maliyyə uçotunun təşkil edilməsi
  • Maliyyə hesabatlarının (Balans hesabatı, Mənfəət və Zərər hesabatı, Pul vəsaitlərinin hərəkəti hesabatı) hazırlanması
  • Vergi, Statistika, DSMF hesabatlarının hazrılanması və təqdim edilməsi
  • Əməliyyatların 1C proqramında və mühasibat uçotu hesablarında (həmçinin mühasibat uçotu registrlərində) düzgün əks etdirilməsi, ona nəzarət, operativ məlumatların təqdim edilməsi
  • Müəssisənin aktiv və passivlərinin, o cümlədən debitor və kreditor borcların, nağd vəsaitlərinin, mal qalığının, vergi öhdəliklərinin, gəlir və xərclərinin və s. uçotunun həyata keçirilməsi;
  • Kassa və bank əməliyyatlarının, əsas vəsaitlərin, qeyri-material aktivlərin, mal-material ehtiyatların  uçotunun düzgünlüyünə nəzarət etmək;
  • Debitor və kreditor borcların mühasibat uçotu hesablarında düzgün əks etdirilməsini təmin etmək;
  • Qanunvericiliklə müəyyən edilmiş müddətdə mühasibat sənədlərinin və vergilərin hesablanması və ödənilməsi üçün zəruri olan digər sənədlərin, habelə alış, satış və vergi ödənişlərini (tutulmalar) təsdiq edən sənədlərin saxlanılmasını təmin etmək;
  • Ayın bağlanmasını 1C proqramında həyata keçirmək

Tələblər: 

  • Tam ali iqtisadi təhsil (mühasibatlıq və ya maliyyə ixtisası üzrə, magistr dərəcəsi olması arzuolunandır);
  • Baş mühasib vəzifəsi üzrə ən azı 3 il iş təcrübəsi (İstehsalat sahəsində təcrübəsi olmaq üstünlükdür);
  • Mühasibatlıqla bağlı yerli qanunvericiliyi, vergi məcəlləsini bilməli;
  • Mühasibat uçotunun Beynəlxalq standartlarını bilməli (sertrifikat PMS), F3 və F7 sertifikatları
  • MS Office, 1C proqramlarında yüksək səviyyədə işləyə bilməli;

İş şərtləri: 

  • Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən rəsmiləşdirmə.
  • İş qrafiki: 5 günlük 
  • Əmək haqqı: 2200 -2500 AZN
  • Ünvan: Bakı şəhər, Xırdalan yolu

Uygun olan namizədlərdən cv-lərinizi şirkətin və vakant yerin adını mövzu hissəsinə qeyd etməklə elektron poçt ünvanına göndərməniz xahiş edilir.

  • Daily20
  • Weekly623
  • Monthly1197