“Azera Holdinq”in tərkibində fəaliyyət göstərən “Tranzit Store Az ” MMC Baş mühasib vəzifəsinə vakansiya elan edir.
Əsas vəzifələr:
- Gündəlik əsasda aparılan əməliyyatların ilkin sənəd əsasında sistemdə təsdiq etmək;
- Müəssisə tərəfindən həyata keçirilən bütün əməliyyatların mühasibat uçotunda düzgün əks etdirilməsini, mühasibat hesabatlarının müəyyən edilmiş müddətdə tərtib və təqdim edilməsini təşkil və nəzarət etmək;
- Daxil olan və çıxan pul vəsaitinin uçotunu aparmaq, mühasibat uçotu hesablarında onların hərəkətini göstərmək, xərclər smetasını hazırlamaq, xidmətlərin yerinə yetirilməsini, maliyyə, hesabat və kredit əməliyyatlarının uçotunu təşkil və nəzarət etmək;
- Xidmətlərin maya dəyəri hesabatının iqtisadi cəhətdən əsaslandırılmış tərtib etmək;
- Əmək haqqının ödənilməsi, dövlət büdcəsinə məcburi ödəmələri, dövlət sosial sığorta fonduna ayırmaları tərtib və nəzarət etmək;
- İlkin mühasibat sənədlərinin, hesablaşmaların və ödəniş öhdəliklərinin hazırlanmasına, əmək haqqı fondunun sərf olunmasına, əmtəə-mal qiymətlilərinin və əsas fondların inventarizasiyasının aparılmasına nəzarət etmək;
- Maliyyə nizamına ciddi əməl edilməsini, inzibati təsərrüfat və digər xərclərin, debitor borclarının, müvafiq hesabatların mühasibat uçotunda düzgün əks etdirilməsini təmin etmək;
- Banklara kreditlər üzrə borcların müəyyən olunan vaxt ərzində verilməsinə nəzarət etmək;
- Müştərilərdən köçürmə yolu ilə Cəmiyyətin hesabına daxil olan pul vəsaitlərin sistemə daxil edilərək gündəlik bank qalığının yoxlanılmasına nəzarət etmək;
- Ödənişlər zamanı köçürmə ərizələrinin, ödəmə sifarişlərinin və digər sənədlərin düzgün hazırlanmasına nəzarət etmək;
- Şirkətin etibarının qorunmasını, kommersiya sirrinin saxlanmasını təmin etmək;
- Proqram təminatına məlumatların daxil edilməsi
- Holdinq tərəfindən təqdim edilmiş maliyyə hesabatlarının hazırlanması
Tələblər:
- Ali (maliyyə, mühasibat uçotu, audit, iqtisadiyyat üzrə)
- PMS sertifikatının olması üstünlükdür
- İş təcrübəsi minimum 3 il
- Azərbaycan dili əla,rus dili üstünlükdür
- Kompyuter proqramları biliyi: MS Office proqramlarını yüksək səviyyədə bilməlidir. 1c 8.3
- Dürüst, etibarlı, məsuliyyətli
- Bəy namizədlər
Biz təklif edirik
- Əmək haqqı: 1800-2000 AZN (Nett)
- İş yeri: Hökməli qəsəbəsi
Maraqlanan və tələblərə uyğun namizədlər CV-lərini mövzu hissəsində “Tranzit Store Az MMC Baş mühasib” qeyd etməklə, Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.