A Azera Holding

Azera Holding

Peşəkar xidmətlər

İR üzrə menecer

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

İR üzrə menecer

  • Deadline 24 May 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

İş haqqında məlumat:

  • İnsan Resursları proqramlarının idarə edilməsi
  • Strategiyasının formalaşdırılması, İnsan Resursları siyasətlərini, prosedurlarını , qanunları və standartları işçılərə izah olunması
  • Biznesin strateji məqsədlərinə uyğun olaraq klinikanın strukturunun optimallaşdırılması
  • Klinika üçün motivasiya proqramlarının hazırlanması
  • İşçilərin qiymətləndirilməsi, təlimi və inkişafı sisteminin hazırlanması və əlaqələndirilməsi, daxili təlim sisteminin keçirilməsi
  • Klinikanın Qayda və Standartlarının işlənib hazırlanması və həyata keçirilməsi, icrasına nəzarət
  • Klinikanın təşkilati strukturunun və ştat cədvəlinin formalaşdırılması . İnsan Resursları şöbəsinin fəaliyyətini planlaşdırmaq, təşkil etmək. Kadrların idarə edilməsi, iş vaxtının uçotunun aparılması, kadr hesabatlarının və xərclərinin maliyyələşdirilməsi üzrə hesabatların hazırlanması
  • Bütün şöbələr və işçi kateqoriyaları üzrə vəzifə təlımatlarının hazırlanması
  • İşçilərin məlumat bazasının yaradılması . Tətil və iş qrafiklərini planlaşdırmaq. İşə qəbul ehtiyaclarını proqnozlaşdırmaq və s. İnsan Resuraları üzrə bütün əməliyyatların yerinə yetirilməsi
  • İnsan Resursları əməliyyatlarının həyata keçirilməsi zamanı Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərini təmin edilməsi
  • İşə qəbul, işdən çıxış, davamiyyət, məzuniyyət, ezamiyyət, intizam tənbehləri və digər bütün əməliyyatları qanunvericiliklə müəyyən olunmuş qaydada həyata keçirilməsi
  • Bütün əməliyyatların Emas.sosial.gov.az, e-sosial elektron portalında işlənilməsi
  • İşə davamiyyət cədvəlinin hazırlanması
  • Xəstəlik vərəqəsinin, sosial, əmək məzuniyyətinin hesablanması və icrası və s.

Tələblər:

  • Ali təhsil ( İqtisadiyyat, İnsan resurslarının idarə olunması)
  • Min 3 il iş təcrübəsi ( Müvafiq sahədə)
  • Azərbaycan dili səlis, rus və ingilis dilləri arzu olunandır
  • İnsan Resurslarının idarə olunması funksiyaları, prosedurları haqqında biliklər;
  • AR Əmək qanunvericiliyini mükəmməl bilməli;
  • Vaxtın və konfliktlərin effektiv idarəedilməsi.
  • Məsuliyyət, dürüstlük, çeviklik və problem həlletmə bacarığı.
  • MS Office, 1C proqramı və Fonet proqram biliyi;
  • Rəhbərliyin tapşırıqlarının keyfiyyətlə və vaxtında yerinə yetirilməsi;

İş şərtləri:

  • Əmək Məcəlləsinə uyğun rəsmiləşdirilmə
  • 6 günlük iş qrafiki
  • Əmək haqqı 1200 AZN

Uyğun olan namizədlərdən cv-ni vakansiyanın və şirkətin adı mövzu hissəsinə yazmaqla Müraciət et butonunda qeyd olunan elektron poçt ünvanına göndərməyiniz və ya 0123114126 nömrəsi ilə əlaqə saxlamağınız xahiş olunur.

  • Daily23
  • Weekly707
  • Monthly2606