Azera Holding Azera Holding
  • 975

Azera Holding

Peşəkar xidmətlər

İşə qəbul üzrə menecer

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

İşə qəbul üzrə menecer

  • Deadline 24 Yanvar 2026
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

AZERA Holding MMC İşə qəbul üzrə menecer vakansiyasını elan edir.

İş haqqında məlumat:

  • Holdinq daxilindəki bütün səviyyələr, o cümlədən mürəkkəb səviyyəli vəzifələr üzrə işə qəbul prosesini A-dan Z-yə idarə etmək.
  • Effektiv istedad cəlbetmə strategiyaları hazırlamaq və tətbiq etmək (pasiv namizəd axtarışı, sosial media, peşəkar şəbəkələr, məzun proqramları və s.).
  • İşə qəbul üçün büdcə və hesabatlılıq sistemini idarə etmək, əsas performans göstəricilərini (KPI'ları) müəyyənləşdirmək və izləmək.
  • Müxtəlif karyera portalları, LinkedIn kimi peşəkar platformalar və digər resurslardan istifadə edərək namizəd bazasını genişləndirmək.
  • Holdinqin işəgötürən brendinin (Employer Branding) gücləndirilməsi istiqamətində PR və marketinq komandaları ilə sıx əməkdaşlıq etmək.
  • Menecerlərlə mütəmadi görüşlər keçirərək ehtiyacları dəqiq analiz etmək, vakansiya profillərini effektiv şəkildə hazırlamaq.
  • İşə qəbul prosesinin səmərəliliyini artırmaq üçün rəqəmsal HR alətlərini (məsələn, ATS - Applicant Tracking System) təklif etmək və tətbiq etmək.
  • Namizədlərə müsbət təcrübə təmin etmək məqsədilə kommunikasiya standartlarını yüksək səviyyədə saxlamaq.

Tələblər:

  • İnsan Resursları, İdarəetmə və ya müvafiq sahədə ali təhsil.
  • Müxtəlif sektorları əhatə edən böyük bir şirkətdə və ya holdinqdə İşə Qəbul/İstedadın Cəlbi sahəsində minimum 4-5 il iş təcrübəsi (Menecer səviyyəsində təcrübə arzuolunandır).
  • K/təsərrüfatı, Səhiyyə, İstehsalat, Xidmət, Tibbi sahələr üzrə işə qəbulu təmin etmək imkanı (qeyd olunan sahələr üzrə CV və namizəd bazası)
  • Aktiv namizəd axtarışı (sourcing) və headhunting metodologiyaları barədə dərin bilik və təcrübə.
  • Azərbaycan və Rus dillərində səlis, İngilis dilində yüksək səviyyədə işgüzar yazışma və danışıq bacarığı vacibdir.
  • Güclü ünsiyyət, təqdimat və danışıqların aparılması bacarığı.
  • Dinamik və çoxşaxəli iş mühitində eyni anda bir neçə layihəni idarəetmə qabiliyyəti.
  • HR proqramları (ATS/HRIS) ilə işləmə təcrübəsi.

İş şərtləri:

  • 5 günlük iş qrafiki
  • ƏM-nə uyğun rəsmiləşdirmə
  • Əmək haqqı razılaşdırılma

CV-nizi “İşə qəbul üzrə menecer” mövzusu, şirkətin adı qeyd olunmaqla Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz və ya 0123114126 nömrəsi ilə əlaqə saxlamağınız xahiş olunur .

  • Daily2
  • Weekly351
  • Monthly2031