“AZERA Holding” MMC tərkibində fəaliyyət göstərən BMP QSC İT üzrə mütəxəssis vakansiyasını elan edir.
Vəzifə öhdəlikləri:
- İstifadəçilərə texniki dəstəyin göstərilməsi.
- Proqram təminatlarının qurulması və problemlərinin aradan qaldırılması.
- Kompüter və periferik avadanlıqlarda (printer, skaner və s.) yaranan nasazlıqların həlli.
- Əməliyyat sistemlərinin (Windows 10/11) yüklənməsi və sazlanması.
- Korporativ elektron poçtun quraşdırılması və konfiqurasiyası.
- Şəbəkə problemlərinin diaqnostikası və həlli (LAN/Wi-Fi).
- Yeni kompüterlərin ilkin sazlanması və domenə qoşulması.
- Həftəlik hesabatların hazırlanması.
Tələblər:
- Ali və ya orta ixtisas təhsili (texniki sahədə).
- Azərbaycan dili – əla, rus dili – arzuolunandır.
- Microsoft Windows ƏS-ləri, MS Office və 1C 8.3 üzrə istifadəçi bilikləri.
- Müvafiq sahədə minimum 2 il iş təcrübəsi.
- İT sahəsinə dair sertifikatların (CompTIA və s.) mövcudluğu üstünlükdür.
- Səhiyyə sahəsində iş təcrübəsi olan namizədlərə üstünlük veriləcək.
İş şərtləri:
- Əmək Məcəlləsinə uyğun rəsmiləşdirmə.
- İş qrafiki: 6 günlük.
- Əmək haqqı: 700 AZN (xalis).
- İş yeri: Bakı şəhəri, Rəşid Behbudov küçəsi, 389.
Müraciət üçün:
Uyğun namizədlərdən CV-lərini “İT üzrə mütəxəssis – BMP QSC” başlığı ilə Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri və ya +994 12 311 41 26 nömrəsi ilə əlaqə saxlamaları xahiş olunur.