“AZERA Holding”MMC tərkibində fəaliyyət göstərən AZEMAL MMC-də Keyfiyyətə nəzarət üzrə baş mütəxəssis vakansiyasını elan edir.
İş haqqında məlumat
- İstehsal prosesində məhsulların keyfiyyət standartlarına uyğunluğuna nəzarət etmək;
- Laborator analizlərin təşkil olunması və nəticələrin izlənməsi;
- ISO, HACCP və digər beynəlxalq keyfiyyət standartlarının tətbiqini təmin etmək;
- Keyfiyyətə nəzarət prosedurlarını hazırlamaq və işçi heyətinə təlimlər keçmək;
- İstehsal zamanı aşkarlanan uyğunsuzluqları araşdırmaq və aradan qaldırmaq üçün tədbirlər planı hazırlamaq;
- Mal qəbulu zamanı aşkar edilən uyğunsuzluqlar üzrə aktları tərtib etmək;
- Aşkar edilən uyğunsuzluqların aradan qaldırılması üçün əlaqədar struktur bölmələri ilə koordinasiyalı işləri təşkil etmək və düzəldici tədbirlərin icrasını yerinə yetirmək
Tələblər
- Ali təhsil (Qida mühəndisliyi, Biotexnologiya, Kimya və ya əlaqəli sahə üzrə);
- Azərbaycan dili səlis, rus dili, ingilis dili üstünlükdür
- Süd və süd məhsullarının emalı sahəsində ən azı 3-5 il iş təcrübəsi;
- HACCP, ISO 22000 və digər keyfiyyət idarəetmə sistemləri üzrə biliklər;
- Laborator analiz metodları və qida təhlükəsizliyi qaydaları haqqında biliklər;
- Analitik düşüncə, təşkilatçılıq və komanda ilə işləmək bacarığı.
- MC Office, 1C proqram biliyi
İş şərtləri
- ƏM-nə uyğun rəsmiləşdirilmə
- 6 günlük iş qrafiki ( 6-cı gün yarım iş qrafiki)
- Əmək haqqı: 1000 AZN (nett)
- Naharla təmin edilir.
- Ünvan: Suraxanı rayonu, Hövsan qəsəbəsi, Bahar qəsəbəsi
Müraciət üçün: CV-nizi “Keyfiyyətə nəzarət üzrə baş mütəxəssis” mövzusu, şirkətin adı qeyd olunmaqla Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz və ya 0123114126 nömrəsi ilə əlaqə saxlamağınız xahiş olunur .