AZERA Holding MMC tərkibindəki Global Cert MMC-də Satış Meneceri (Xidmətlərin Satışı) vakansiyasını elan edir!
Vəzifə öhdəlikləri;
Vəzifə öhdəlikləri nədən ibarətdir?
- Global Cert-in xidmətlərinin (ISO idarəetmə sistemləri, uyğunluq sertifikatları, audit və ekspertiza xidmətləri və s.) aktiv satışı
- Potensial müştərilərin axtarışı və mövcud müştəri bazası ilə iş
- Telefon danışıqları, görüşlər və təqdimatların keçirilməsi
- Müştərilərin ehtiyaclarının təhlili və uyğun xidmət paketlərinin təklif edilməsi
- Kommersiya təkliflərinin hazırlanması və müqavilə prosesinin idarə olunması
- Satış planının yerinə yetirilməsi, həftəlik və aylıq hesabatların təqdim edilməsi
- Bazarın və rəqiblərin təhlili
Tələblər:
- Yaş həddi: 25–35 yaş
- Ali və ya orta ixtisas təhsili (biznes, menecment, iqtisadiyyat – üstünlükdür)
- Xidmət satışı sahəsində təcrübə (B2B – üstünlükdür)
- Yüksək ünsiyyət və təqdimat bacarıqları
- Nəticəyönümlü, təşəbbüskar və məsuliyyətli olmaqAzərbaycan dili səlis, rus və ingilis dilləri arzu olunandır.
- Müvafiq sahədə ən az 3 il iş təcrübəsi
- Satışla bağlı təlim sertifikatlarının olması üstünlükdür
- MC Office proqram biliyi
- İdarəetmə təcrübəsi, analtik düşünmə, analiz etmə qabiliyyəti, dəqiqlik, məsuliyyət, ünsiyyət qurma bacarığı, komanda ilə işləmə
İş şərtləri:
- ƏM-nə uyğun rəsmiləşdirilmə
- Əmək haqqı: 800-1200 Azn
- 5 günlük iş qrafiki
CV-nizi “Satış Meneceri (Xidmətlərin Satışı)” mövzusu, şirkətin adı qeyd olunmaqla Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur .