“AZERA Holding” MMC tərkibindəki Hill restoranında “Təmizlik üzrə menecer” vakansiyasını elan edir.
İş haqqında məlumat:
- Təmizlik üzrə işçi heyətini gündəlik operativ fəaliyyət və problemlər barədə xəbərdar etmək və onları işləri ilə bağlı olan bütün məlumatlarla təmin etmək, tapşırıqlar vermək;
- Bütün ərazidə təmizlik üzrə fəaliyyətə rəhbərlik etmək;
- Təmizlik heyəti arasında iş bölgüsü aparmaq və icrasına nəzarət etmək;
- Təsdiq olunmuş “check list” əsasında təmizlik heyətinin fəaliyyətini gündəlik yoxlamaq;
- Restoran daxili və xarici ərazinin, avadanlıqların, mebellərin təmizliyinə cavabdeh olaraq nəzarət etmək;
- Təmizlik üçün nəzərədə tutulan vasitələrin sifarişinə, sərfinə nəzarət etmək;
- Ona tabe olan işçilərin davamiyyətinə nəzarət etmək;
- Təmizlik heyəti üçün təlimlər təşkil etmək, təlim planı tərtib etmək.
Tələblər:
- Orta ixtisas və ya ali təhsil
- Müvafiq sahə üzrə 2 il iş təcrübəsi
- Azərbaycan dili səlis, Rus dili arzuolunandır
- Yüksək ünsiyyət bacarığı,operativlik,stressə davamlılıq
- Cins:Qadın
İş şərtləri:
- ƏM-nə uyğun rəsmiləşdirilmə
- 6 günlük iş qrafiki
- Əmək haqqı: 1200 AZN
Müraciət üçün: CV-nizi “Təmizlik üzrə menecer” mövzusu, şirkətin adı qeyd olunmaqla Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.