A Azəralüminium MMC
  • 323

Azəralüminium MMC

Metal və dağ-mədən , Aluminum

Elektrik montyoru (Gəncə şəhəri)

Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

Elektrik montyoru (Gəncə şəhəri)

  • Deadline 12 Oktyabr 2025
Apply for job
Müraciət üçün aşağıdakı email ünvanı köçürmək lazımdır.

“Azəralüminium” MMC Gəncə şəhərində yerləşən istehsalat sahəsinə aşağıdakı tələblərə cavab verən mütəxəssisləri “Elektrik montyoru” vəzifəsinə dəvət edir.

Namizədə dair tələblər:

  • Ali və ya orta ixtisas təhsili (elektrik, elektroenergetika sahəsində);
  • Elektrik, energetika sahəsində minimum 1 il iş təcrübəsi;
  • Elektrik şəbəkələri, avadanlıqlarla iş təcrübəsi;
  • Azərbaycan dili biliyi sərbəst, xarici dil biliyi arzuolunandır;
  • 25-45 yaş.

İşin təsviri:

  • Elektrik enerjisi istehsal edən qurğuların, stansiyaların, paylayıcı hava və kabel xətlərinə nəzarət etmək;
  • Elektrik enerjisinin istehsal ötürücü və paylayıcı sistemlərinin işini idarə etmək monitorinq etmək;
  • Elektrik avadanlıqlarının quraşdırılması və texniki xidmət etmək;
  • Qəza və imtinaların (sıradan çıxma hallarının) təhlilində iştirak etmək;
  • Energetika, elektrik sistemi problemlərini, bu sahədə sahəsində yaranmış nasazlıqları aradan qaldırmaq, təmir etmək;
  • Elektrik, yanğın təhlükəsiliyi qaydalarını bilmək, riayət etmək və işçi heyətindən tələb etmək; 
  • Elektrik avadanlıqlarındakı nasazlıqları aradan qaldırılmaq.

 “Azəralüminium”u öz sahəsində fərqləndirən əsas dəyərlər:

  • Texnoloji yenilik – çağdaş dövrün texnoloji yeniliklərinin tətbiq olunduğu avtomatlaşdırılmış və dünya standartlarına cavab verən müəssisədir;
  • Dayanıqlılıq və sabitlik – “Azəralüminium” ölkənin aparıcı alüminium istehsalçısı olmaqla uzunillik təcrübəyə malik sabit müəssisədir;
  • Rəqabətli sosial paket, qidalanma və nəqliyyat – sosial paket analoji bazarda ən yaxşılardandır, qidalanma və nəqliyyat müəssisə hesabına təmin edilir;
  • Sağlam mühit – Müəssisədə münasibətlər peşəkarlıq və etibar üzərində qurulub.

“Azəralüminium”da daim öyrənmək və inkişaf var. Özünü sınamaq və böyümək üçün əla fürsətdir. Əgər siz məqsədli, öyrənməyə açıq və biliklərini tətbiq etməyə açıq birisinizsə, o zaman sizi gözləyirik!

Müraciət edən namizədlər arasından yalnız daha uyğun gələn namizədlər müsabiqəyə dəvət olunacaq. Maraqlanan namizədlər öz CV-lərini mövzu hissəsinə “Elektrik montyoru” yazaraq Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. 

  • Daily0
  • Weekly0
  • Monthly1341