Funksional vəzifələr
- Cəmiyyət, onun idarə, filial və nümayəndəlikləri, habelə törəmə cəmiyyətləri üzrə Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına (MHBS) uyğun maliyyə uçotunun aparılmasına dəstək göstərmək;
- Maliyyə siyasətinin hazırlanması və yenilənməsi prosesində iştirak etmək, icra ilə bağlı rəhbərliyə dəstək vermək;
- Hesablar Planı və müxabirləşmələrin tətbiqi üzrə məlumatların hazırlanmasında iştirak etmək;
- Maliyyə hesabatlarının (Balans, Mənfəət və zərər, Pul vəsaitlərinin hərəkəti, Kapitalda dəyişikliklər və s.) tərtibində iştirak etmək və qeyd/açıqlamaların hazırlanmasına dəstək göstərmək;
- Gündəlik maliyyə əməliyyatlarının uçotu üzrə müvafiq struktur bölmələrə metodiki dəstək göstərmək, yaranan sualların cavablandırılmasında iştirak etmək;
- MHBS-ə uyğun hesabatların hazırlanması zamanı maliyyə məlumatlarını toplamaq və ilkin təhlillər aparmaq;
- Konsolidasiya olunmuş hesabatların hazırlanması prosesində iştirak etmək;
- Kənar və daxili audit prosesləri üçün zəruri məlumatların hazırlanmasında iştirak etmək;
- ERP və digər maliyyə hesabatı sistemlərindən hesabatların hazırlanması üçün istifadə etmək və məlumatların düzgünlüyünü təmin etmək;
- Maliyyə hesabatlarının dəqiqliyi üçün daxili nəzarət prosedurlarının tətbiqinə dəstək göstərmək;
- Şöbənin fəaliyyətinə dair hesabatların və məlumatların hazırlanmasında rəhbərliyə dəstək göstərmək;
- Azərbaycan Respublikasının qanunvericiliyi və normativ sənədləri ilə müəyyən olunmuş digər vəzifələri yerinə yetirmək.
Namizədə dair tələblər
- Müvafiq sahə ilə əlaqəli ali bakalavr təhsili (Magistr, MBA arzu olunandır);
- Maliyyə hesabatlılığı və ya mühasibat uçotu sahəsi üzrə ən azı 1 il iş təcrübəsi;
- Maliyyə Hesabatlarının Beynəlxalq Standartları (MHBS/IFRS) üzrə baza biliklər;
- Maliyyə-uçot və Vergi sahəsi ilə əlaqədar mövcud qanunvericilik haqqında anlayış;
- Azərbaycan dilində mükəmməl yazı və ünsiyyət bacarığı;
- Xarici dil biliyi (ingilis dili işgüzar səviyyədə, rus dili üstünlükdür);
- Microsoft Office proqramlarını yüksək səviyyədə bilmək;
- ERP sistemləri (Logo, 1C və s.) üzrə işləmə bacarığı üstünlükdür;
- Analitik düşüncə, dəqiqlik və məsuliyyətlilik;
- Müvafiq beynəlxalq sertifikatlardan (ACCA, CPA, CIA, FMVA) ən azı birinə sahib olmaq.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Maliyyə Departamentinin Maliyyə hesabatları şöbəsinin mütəxəssisi” yazaraq Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərilməsi xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqlar.