Təsvir
- Müştəri tərəfindən gələn müraciətləri (telefon, elektron poçt və sosial şəbəkələr vasitəsilə) qəbul etmək və sualları cavablandırmaq;
- Aviaşirkətin təqdim etdiyi məhsul və xidmətlər barədə məlumat vermək və lazımi məsləhətlər təqdim etmək;
- Aviaşirkətin ən son yenilikləri və kampaniyaları haqqında məlumat vermək;
- Müştərilərin təklif və iradlarını qəbul edərək, lazımi strukturlara ötürmək və nəticələri barədə müştəriyə məlumat təqdim etmək;
- Qarşıya çıxan çətinlikləri operativ həll etmək məqsədilə müştərini aidiyyəti strukturlarla və şəxslərlə əlaqələndirmək;
- Aviadaşımaların bronlaşdırılması və aviabiletlərin rəsmiləşdirilməsi qaydalarını və texnologiyalarını təmin etmək;
- Gündəlik və aylıq tətbiq olunan hədəfləri yerinə yetirmək.
Tələblər
- Ali təhsil/bakalavr dərəcəsi;
- Azərbaycan, Rus və İngilis dillərində sərbəst ünsiyyət qurma bacarığı;
- Müştəri xidməti və ya çağrı mərkəzi sahəsində ən azı 2 il təcrübə;
- Güclü ünsiyyət və problem həll etmə bacarıqları;
- Çoxsaylı tapşırıqları yerinə yetirmək və sürətli iş mühitində işləmək bacarığı;
- Analitik düşünmə qabiliyyəti və əməliyyatların optimallaşdırılması bacarığı.
- İş qrafiki: Növbəli;
- İş yeri-Heydər Əliyev Beynəlxalq Aeroportu
Vakansiya haqqında
Vakansiya növü - Tam ştat