Təsvir
- İnteqrasiya edilmiş məlumatların dəqiqliyini, tamlığını, ardıcıllığını və etibarlılığını qiymətləndirmək;
- Məlumatların yoxlanılması üçün test ssenariləri hazırlamaq və icra etmək;
- Müxtəlif məlumat mənbələrindən daxil olan məlumatların keyfiyyətini qiymətləndirmək, uyğunsuzluqları müəyyənləşdirmək və araşdırmaq;
- Məlumat keyfiyyəti qaydalarını (Data Quality Rules) hazırlamaq, tətbiq etmək və monitorinqini aparmaq;
- Məlumat keyfiyyəti problemlərinin kök səbəblərini (Root Cause) araşdırmaq və onların aradan qaldırılması üzrə təkliflər hazırlamaq;
- Məlumatların təmizlənməsi, standartlaşdırılması və təkrarlanan məlumatların aşkarlanması üzrə avtomatlaşdırma həllərinin tətbiqində iştirak etmək;
- Məlumat axınlarını, transformasiya mərhələlərini və inteqrasiya məntiqini anlamaq və təsdiqləmək məqsədilə IT, inteqrasiya və biznes komandaları ilə əməkdaşlıq etmək;
- Məlumat keyfiyyəti üzrə prosesləri, qaydaları, test ssenarilərini və nəticələri sənədləşdirmək;
- Məlumat keyfiyyətinin ölçülməsi üçün müvafiq göstəricilərin (Data Quality Metrics) müəyyən edilməsi, monitorinqi və hesabatların hazırlanmasında iştirak etmək.
Tələblər
- Müvafiq sahə üzrə bakalavr təhsili;
- Məlumatların idarə edilməsi, məlumat analitikası və ya əlaqəli sahələr üzrə minimum 1 il iş təcrübəsi;
- Məlumat keyfiyyəti (Data Quality) prinsipləri və məlumatların yoxlanılması prosesləri haqqında anlayış;
- SQL üzrə biliklər;
- Python və ETL prosesləri haqqında anlayış;
- MS Office proqramları, xüsusilə Excel ilə işləmək bacarığı;
- Azərbaycan dilini yüksək səviyyədə (C2), ingilis dilini isə ən azı orta səviyyədə (B1) bilmək;
- Analitik və tənqidi düşünmə;
- Problem həll etmə bacarığı;
- Detallara diqqət və dəqiqlik;
- Effektiv ünsiyyət və əməkdaşlıq bacarığı;
- Qərarvermə bacarığı;
- Təqdimat bacarıqları;
- Öyrənmə və dəyişikliklərə uyğunlaşma qabiliyyəti;
- Komandada işləmək bacarığı.
Vakansiya növü - Tam ştat
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.