Azerbaijan Airlines Azerbaijan Airlines
  • 775

Azerbaijan Airlines

Hava yolları

Daxili audit idarəsinin Auditoru

  • Deadline 20 İyun 2024

Vəzifə öhdəlikləri:

  • Daxili audit idarəsinin rəisinin tapşırığına əsasən audit yoxlamaları, məsləhət layihələri və tədbirlər planının icra statusunun monitorinqini icra etmək;
  • Qrup üzvü olaraq cəlb olunduğu layihələrdə qrup rəhbərinin verdiyi tapşırıqları Daxili Audit Metodologiyasına uyğun şəkildə icra etmək;
  • Daxili nəzarət, idarəetmə və risklərin idarə olunması sistemlərinin adekvatlılığının qiymətləndirilməsi məqsədi ilə audit prosedurlarını həyata keçirmək;
  • Daxili audit fəaliyyətini həyata keçirərkən Azərbaycan Respublikasının qanunvericiliyinə, daxili audit idarəsinin Əsasnaməsinə, Azərbaycan Respublikasının üzv olduğu Daxili Auditorlar İnstitutu (DAİ) tərəfindən müəyyən edilmiş peşə standartlarına, prinsiplərə, təlimatlara, qaydalara, habelə Daxili Audit Metodologiyasından irəli gələn tələblərə əməl etmək;
  • Daxili audit yoxlaması üçün təqdim olunan sənədlərin qorunmasını təmin etmək və audit sübutlarını sənədləşdirmək.

Tələblər:

  • Ali təhsil;
  • Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi;
  • Yüksək analitik təhlil, ünsiyyət və kollektivdə işləmək bacarığı;
  • Müxtəlif peşə (CİA, ACCA və s.) kvalifikasiyalarına malik olmaq arzuolunandır;
  • Ofis proqramları (MS Word, Excel, PowerPoint, Outlook) ilə sərbəst işləmək bacarığı;
  • Dil bilikləri: Azərbaycan (əla), İngilis (əla).

İş şəraiti: 

  • İş qrafiki: Həftənin 5 günü saat 09:00-dan 18:00-dək;
  • Şənbə və bazar qeyri-iş günüdür;
  • Nəqliyyat şirkət tərəfindən təmin olunur;
  • İş yeri-Heydər Əliyev Beynəlxalq Aeroportu.
  • Günlük24
  • Həftəlik704
  • Aylıq1397