Azerbaijan Airlines Azerbaijan Airlines

Azerbaijan Airlines

Hava nəqliyyatı

Dispatch üzrə mütəxəssis

  • Deadline 4 İyul 2026

Təsvir

  • Uçuşdan əvvəl uçuş planlarının və uçuş brifinqlərinin hazırlanması;
  • Hava limanı və hava məkanı qaydalarına riayət olunmasını təmin etmək məqsədilə hava gəmilərinin uçuş cədvəlinin idarə edilməsi;
  • Pilotlar və yerüstü xidmətlər arasında koordinasiyanın təmin edilməsi;
  • Təyyarənin uçuşuna icazə verilməsi üçün dispatch buraxılış sənədlərinin imzalanması;
  • Həm gediş, həm də təyinat hava limanlarında hava şəraitinin monitorinqi və mümkün risklərin qiymətləndirilməsi;
  • Uçuşun təhlükəsiz həyata keçirilməsi üçün zəruri məlumatları əhatə edən uçuş planlarının hazırlanması;
  • Təyyarənin çəkisinin və yanacaq yüklərinin yoxlanılması;
  • Uçuş zamanı yarana biləcək məsələlərin həlli üçün hava gəmisi kapitanı ilə operativ əlaqənin saxlanılması. 

Tələblər

  • Ali təhsil (bakalavr dərəcəsi);
  • Milli Aviasiya Akademiyasının Meteorologiya və ya Hava Trafik ixtisasları üzrə məzunlara üstünlük verilir;
  • İş təcrübəsi tələb olunmur (təcrübəli dispetçerlərə üstünlük verilə bilər);
  • Azərbaycan dilini yüksək səviyyədə bilmək;
  • İngilis dili – minimum Intermediate səviyyə;
  • MS Office proqramlarında (Word, Excel, PowerPoint, Outlook) işləmək bacarığı;
  • Yazılı və şifahi ünsiyyət bacarıqları;
  • Analitik düşüncə və problem həll etmə bacarığı;
  • Qərarvermə və operativ reaksiya bacarığı;
  • Komandada işləmək və dəyişikliklərə uyğunlaşmaq bacarığı.

İş qrafiki:

  • Növbəli

İş yeri:

  • Heydər Əliyev Beynəlxalq Hava Limanı

Vakansiya növü - Tam ştat

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

  • Daily112
  • Weekly570
  • Monthly570