Təsvir
- Hava məkanı istifadəçilərinin siyahısının dəyişmə tendensiyasını araşdırmaq və Mərkəz rəisini məlumatlandırmaq;
- Azərbaycan Respublikası hava məkanının potensial istifadəçiləri və istifadəçi aviaşirkətlərin cədvəlinin mütəmadi mövsümqabağı (qış, yay) analizini yerinə yetirmək;
- NOP Portal Eurocontrol və Flightradar 24 analitik təhlili vasitəsi ilə Azərbaycan Respublikası hava məkanından potensial istifadəçi bazarının daimi xülasəsini həyata keçirmək;
- Aeronaviqasiya xidmətlərinə görə rüsumların/yığımların həyata keçirilməsi məqsədi ilə «naməlum» kateqoriyasında olan aviaşirkətlərlə kontakt yaratmaq (əlaqəyə girmək).
Tələblər
- Vətəndaşlıq: AR vətəndaşı olmaq;
- Yaş: 22-40 yaş aralığında olmaq;
- Təhsil: Ali aviasiya və ya ali texniki təhsil;
- Dil bilikləri: Azərbaycan – səlis, İngilis – səlis;
- Məsuliyyətli və intizamlı olmaq;
- Analitik qabiliyyət və bacarıq.
Əlavə Qeydlər:
- Statistik məlumatların emalı üçün kompyüter proqramlarını bilməli;
- Microsoft Office kompyüter proqramlarını sərbəst istifadəçi səviyyəsində bilməli;
- Ali aviasiya təhsili olmadıqda aeronaviqasiya sahəsində 3 illik iş təcrübəsi.
Vakansiya haqqında
- Son tarix dekabr 7, 2024
- Vakansiya növü Tam ştat