Təsvir
- Müştərilərdən daxil olan bütün növ sorğuların cavablandırılması və icrasının təmin edilməsi;
- Biznesin inkişafı şöbəsi ilə birlikdə araşdırma ssenarilərinin hazırlanması və texniki-biznes tələblərə uyğunluğunun təmin edilməsi;
- Zəng mərkəzi və sosial media marketing üzərindən loyallıq proqramı xidmətlərinin keyfiyyətinə nəzarət;
- “Azal Miles” proqramı üzrə sərnişinlərə telefon və e-mail vasitəsilə ətraflı məlumatın çatdırılması;
- Əməkdaş aviaşirkətlərlə səyahət edən müştərilərin AZAL uçuşlarına cəlb olunması üçün təşviqat;
- Balların vaxtında və düzgün əlavə olunmasının təmin edilməsi;
- Banklar və digər tərəfdaşlarla olan müqavilələrə əsasən balların hesablanması və mühasibatlığa təqdim edilməsi;
- Amadeus sistemində “Azal Miles” proqramı iştirakçılarının uçuşlarının yoxlanılması;
- Proqramın inkişafı üçün yeni tərəfdaşlıqların qurulması və təkliflərin hazırlanaraq rəhbərliyə təqdim olunması.
Tələblər
- Təhsil: Bakalavr, Magistr (üstünlükdür);
- Müştəri təcrübələri üzrə sertifikatlar üstünlükdür;
- İş təcrübəsi: minimum 3 il;
- Dil bilikləri: Azərbaycan dili – Əla, Rus dili – əla, İngilis dili – orta;
- Proqram bilikləri: Microsoft Office proqramları (MS Excel, MS Word, PowerPoint – əla səviyyədə);
- Amadeus sistemində işləmə bacarığı;
- Yazılı və şifahi ünsiyyət bacarığı;
- Danışıqlar aparmaq və təqdimat etmək bacarığı;
- Qərarvermə və problem həll etmə bacarığı;
- Öyrənmə və dəyişikliklərə uyğunlaşma qabiliyyəti;
- Komandada işləmək bacarığı.
İş şəraiti:
- İş qrafiki: Həftənin 5 günü saat 09:00-dan 18:00-dək;
- İş yeri-Heydər Əliyev Beynəlxalq Aeroportu.
Vakansiya haqqında
- Vakansiya növü - Tam ştat
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.