Təsvir
- Hava limanının gündəlik fəaliyyətini və əməliyyat proseslərini vizual şəkildə əks etdirən foto və video kontentin hazırlanması;
- Sosial media platformaları üçün kreativ və dinamik kontentlərin yaradılması;
- Hava limanında keçirilən tədbir və xüsusi layihələrin çəkilişinin həyata keçirilməsi;
- Operativ və təcili kontent ehtiyaclarının vaxtında qarşılanması;
- Brendin tanıdılması məqsədilə əlavə vizual materialların hazırlanması.
Tələblər
- Ali təhsil (bakalavr) və ya peşə təhsili;
- Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi;
- Müvafiq sahə üzrə sertifikat proqramlarının (mobil çəkiliş, video montaj, sosial media kontenti və s.) olması arzuolunandır;
- Azərbaycan dili – səlis;
- İngilis dili – üstünlükdür;
- CapCut, InShot və ya analoji tətbiqlər, Adobe Photoshop, Adobe Premiere Pro, Adobe After Effects ilə işləmə bacarığı arzuolunandır;
- Güclü ünsiyyət bacarıqları;
- Problemi həll etmə bacarığı;
- Təqdimat bacarıqları;
- Öyrənmə qabiliyyəti;
- Dəyişikliklərə uyğunlaşmaq bacarığı;
- Komandada işləmək bacarığı.
İş şəraiti
- İş rejimi: 5 günlük
- İş yeri: Heydər Əliyev Beynəlxalq Hava Limanı
Vakansiya növü - Tam ştat
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.