Təsvir
- Müştəri və sərnişin məlumatları, eləcə də xidmət keyfiyyəti və müştəri məmnuniyyəti göstəriciləri üzrə analitik təhlillərin aparılması;
- Mövcud məlumat mənbələrinin genişləndirilməsi və təhlil prosesinin təkmilləşdirilməsi üçün təkliflərin hazırlanması;
- ASQ və digər xidmət keyfiyyəti ölçmə proqramlarının uyğunluq qaydalarına əsasən planlaşdırılması və idarə olunması;
- Hava limanlarında xidmət keyfiyyətinin ölçülməsi üsullarının təkmilləşdirilməsi üçün analitik modellərin hazırlanması;
- Customer Satisfaction Index (CSI), Net Promoter Score (NPS) və müştəri təcrübəsi üzrə əsas KPI-ların hazırlanması və monitorinqi;
- Data vizuallaşdırma alətləri (Power BI, Tableau və s.) vasitəsilə həftəlik, aylıq və rüblük dashboard və hesabatların hazırlanması, rəhbərliyə təqdim edilməsi;
- Strateji layihələr üçün proqnozlaşdırma modelləri və analitik simulyasiyaların hazırlanması;
- Aparılan təhlillər əsasında inkişaf perspektivləri üzrə tövsiyələrin hazırlanması.
Tələblər
- Təhsil: Bakalavr (Magistr üstünlükdür);
- Sahə üzrə minimum 3 il iş təcrübəsi;
- Dil bilikləri: Azərbaycan dili – səlis; İngilis dili – əla
- Proqram bilikləri:MS Word, Excel, PowerPoint, Outlook – yüksək səviyyədə;
- Digər: SQL, Python/R, Power BI, Tableau (üstünlükdür);
- Aviaşirkət və ya hava limanı əməliyyatları üzrə anlayış (üstünlükdür);
- Güclü müşahidə, koordinasiya və hesabatlandırma bacarıqları;
- Analitik təhlil etmə bacarığı;
- Problemi həll etmə bacarığı;
- Komandada işləmək bacarığı.
İş şəraiti
- İş rejimi: 5 günlük/ 09:00-18:00
- İş yeri: Heydər Əliyev Beynəlxalq Hava Limanı
- Vakansiya növü - Tam ştat
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.