Təsvir
- Bütün kommunikasiya və marketinq materiallarının (press relizlər, sayt, sosial media, mobil tətbiq, terminal ekranları və çap materialları) dil, üslub və brend standartlarına uyğunluğunu təmin etmək;
- Terminlər, adlar, rəqəmlər, tarixlər və faktların dəqiqliyini yoxlamaq;
- Azərbaycan, rus və ingilis dillərində mətnləri redaktə və dil baxımından uyğunlaşdırmaq;
- Tərcümə və lokalizasiya proseslərinə nəzarət edərək çoxdilli məzmunun keyfiyyətini qorumaq;
- Brend dili və terminologiyasının vahidliyini təmin etmək, “Style Guide” və “Tone of Voice” standartlarına əməl olunmasına nəzarət etmək;
- Rəhbərliyə təqdim ediləcək rəsmi mətnlərin və çıxışların dil və struktur baxımından təkmilləşdirilməsinə dəstək vermək;
- Məzmunlarda fakt səhvləri, dezinformasiya və reputasiya riski yaradan halları müəyyənləşdirib qarşısını almaq;
- Redaktə və təsdiq prosesini idarə edərək materialların vaxtında yekun təsdiqini təmin etmək;
- Bütün kanallar üzrə məzmunun keyfiyyət göstəricilərini izləmək və aylıq hesabat təqdim etmək.
Tələblər
- Təhsil: Bakalavr;
- Dil bilikləri: Azərbaycan dili – yaxşı; İngilis dili – yaxşı; Rus dili - yaxşı;
- Sahə üzrə minimum 3 illik təcrübə;
- Kompüter bilikləri: MS Office;
- Ünsiyyət Bacarıqları (Yazılı və Şifahi);
- Danışıqların aparılması bacarığı;
- Problemi həll etmə bacarığı;
- Təqdimat bacarıqları;
- Öyrənmə qabiliyyəti;
- Dəyişikliklərə uyğunlaşmaq bacarığı;
- Komandada işləmə bacarığı.
İş şəraiti:
- İş qrafiki: 5 günlük (09:00-18:00);
- İş yeri: Bakı şəhəri, Heydər Əliyev Beynəlxalq Aeroportu;
Vakansiya haqqında
- Vakansiya növü - Tam ştat
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.