Təsvir
- Rəqəmsal məhsulların yol xəritəsini, məqsədlərini və tələblərini müəyyənləşdirmək, dəyişiklikləri uyğunlaşdırmaq;
- Məhsulun vizionuna əsasən backlog-u formalaşdırmaq, tapşırıqları istifadəçi dəyərinə və prioritetə görə sıralamaq;
- Məhsulun bütün səviyyələrində qərarların qəbul edilməsi;
- Aeroportun rəqəmsal məhsullarının texniki, funksional və məzmun komponentlərinə ümumi cavabdehlik daşımaq;
- Üçüncü tərəf (vendor) tərəfindən göstərilən texniki xidmətlərin keyfiyyətinə nəzarət etmək, SLA və KPI göstəricilərinin icrasını izləmək;
- Əməliyyat məsələlərində (problemlər, yeniləmələr, təkmilləşdirmələr) koordinasiyanı təmin etmək və operativ qərarlar vermək;
- Layihə məqsədlərinə və vaxt çərçivələrinə nail olmaq üçün planlaşdırmanı və dəyişikliklərin idarə edilməsini həyata keçirmək;
- İstifadəçi təcrübəsini və rəqəmsal interfeysləri optimallaşdırmaq üçün təkliflər hazırlamaq və tətbiqini izləmək;
- Analitika, istifadəçi rəyləri və performans göstəriciləri əsasında məhsulun səmərəliliyini qiymətləndirmək və inkişaf planları hazırlamaq;
- Qlobal rəqəmsal trendləri və innovasiyaları izləmək, uyğun həlləri hava limanlarının rəqəmsal ekosisteminə inteqrasiya etmək.
Tələblər
- Təhsil: Magistr;
- Dil bilikləri: Azərbaycan dili – yaxşı; İngilis dili – yaxşı;
- Sahə üzrə minimum 5 illik təcrübə;
- Kompüter bilikləri: MS Office;
- Jira, Trello, Asana, Google Analytics, Figma və Miro, Google Tag Manager, Data Studio və ya ekvivalent platformalar, WordPress və ya digər CMS sistemləri;
- Ünsiyyət bacarıqları (Yazılı və Şifahi);
- Danışıqların aparılması bacarığı;
- Qərar vermə bacarığı;
- Problemi həll etmə bacarığı;
- Təqdimat bacarıqları;
- Dəyişikliklərə uyğunlaşmaq bacarığı;
- Öyrənmə qabiliyyəti;
- Dəyişikliklərə uyğunlaşmaq bacarığı;
- Komandada işləmə bacarığı;
- İdarəetmə bacarığı;
- Strateji düşünmə qabiliyyəti.
İş şəraiti:
- İş qrafiki: 5 günlük (09:00-18:00);
- İş yeri: Bakı şəhəri, Heydər Əliyev Beynəlxalq Aeroportu;
Vakansiya haqqında
- Vakansiya növü - Tam ştat
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.