Azerbaijan Airlines Azerbaijan Airlines
  • 1.1K

Azerbaijan Airlines

Hava yolları

Təlim və İnkişaf üzrə Aparıcı Mütəxəssis

Təlim və İnkişaf üzrə Aparıcı Mütəxəssis

  • Deadline 20 İyul 2024

Təsvir:

  • Təlim ehtiyaclarının şirkət hədəflərinə və biznes strukturun əsas inkişaf sahələrinə uyğun olmasının analiz edilməsi;
  • Təlim ehtiyaclarının prosedura əsasən büdcələnməsi və təsdiqlənməsi;
  • Təlimlərin təşkili və aparılan təlimlərin effektivliyinin qiymətləndirilməsi;
  • Müəyyən edilmiş büdcə və illik təlim planına müvafiq olaraq, aylıq/kvartal təlim fəaliyyətlərinin planlaşdırılması və keçirilməsi;
  • Müxtəlif növ təlimlərin, seminarların təşkili və tədris olunmasında bilavasitə iştirak;
  • Təlim prosesi üzrə qabaqcıl təcrübənin öyrənilməsi və işdə tətbiqi;
  • Məlumatın səmərəli, vaxtında və düzgün toplanılması texnikasından istifadə etməklə, işçilərin peşəkar inkişaflarının gedişatının təhlil edilməsi;
  • Öyrənmə və inkişaf portalında (LMS) işləmə bacarığı;
  • Keçirilən sorğulara əsasən təlim ehtiyaclarına uyğun tədarükçülərin qiymətləndirilmə prosesində iştirak;
  • Təlim və inkişaf üzrə hesabatların hazırlanması;
  • Təlimlərin dizayn edilməsi, təqdimatların hazırlanması;
  • İşçilərin işə uyğunlaşma prosesinin təşkili, izlənilməsi və proqramın keçirilməsi;
  • Təlim və İnkişaf ilə bağlı bütün layihələrdə iştirak;

Tələblər:

  • Ali təhsil (İnsan Resursları İdarə olunması, Menecment, İqtisadi sahələr üzrə ali təhsil arzuolunandır);
  • İş təcrübəsi: müvafiq sahədə 3 ildən yuxarı;
  • Azərbaycan dili və ingilis dili sərbəst;
  • Kompüter bilikləri: “Microsoft Office” proqramları (Excel, Word, Powerpoint) əla səviyyədə;
  • İnsan Resursları sahəsində beynəlxalq sertifikatlar üstünlük hesab edilir;
  • Akademik və praktik mənbələrdən insan resurslarına dair araşdırma bacarığı;
  • Analitik düşüncə və təklifləri təqdim etmə bacarığı;
  • Təqdimat bacarıqları;
  • Komanda daxilində işləmək və komanda fəaliyyətini koordinasiya etmək bacarığı;

5 günlük iş rejimi (bazar ertəsi - cümə)

iş vaxtı: 09:00 - 18:00

iş yeri: Heydər Əliyev adına Hava Limanı

  • Günlük0
  • Həftəlik591
  • Aylıq2296