Azerbaijan Airlines Azerbaijan Airlines
  • 1.3K

Azerbaijan Airlines

Hava yolları

Təyyarə Bələdçisi

  • Deadline 16 Yanvar 2026

Təsvir

  • Hava Gəmisinin göyərtəsində sərnişinləri qarşılamaq;    
  • Sərnişinləri minik talonlarına müvafiq olaraq düzgün yerləşdirmək, həmçinin baqajın, yükün və poçtun yüklənməsinə nəzarət etmək;
  • Uçuş zamanı sərnişinlərə standartlara uyğun yüksək səviyyəli xidmət göstərmək;
  • Hava Gəmisində sərnişinlərin təhlükəsizliyini, operativ ilkin tibbi yardım göstərilməsini təmin etmək;
  • Hava Gəmisində sərnişinlərin ümumi davranış qaydalarına riayət etmələrinə nəzarət etmək;
  • Hava Gəmisinin məişət və mətbəx avadanlığının uçuşa hazırlığına nəzarət etmək;
  • Sərnişinlərə təhlükəsizlik qaydaları barədə aydın və dəqiq məlumat vermək, vizual və praktiki nümayişlər keçirmək;
  • Sərnişinlərin və heyətin təhlükəsizliyini təmin etmək, fövqəladə hallarda təlimata uyğun tədbirlər görmək
  • Şikayət və narazılıqları peşəkarcasına dinləmək, uyğun həllər təklif etmək və müştəri məmnuniyyətini təmin etmək

Tələblər

  • Azərbaycan Respublikasının vətəndaşı olmaq;
  • 20–35 yaş arası olmaq;
  • Xanım namizədlər üçün minimum 160 sm, bəy namizədlər üçün minimum 170 sm boy;
  • Minimum tam orta təhsil;
  • Azərbaycan dilində səlis danışıq və yazı bacarığı;
  • İngilis dilində ən azı orta səviyyə (fikirləri sərbəst ifadə etmə bacarığı);
  • IELTS, TOEFL və digər beynəlxalq dil sertifikatları üstünlükdür;
  • Rus, Alman, Fransız və digər dillər üzrə biliklər əlavə üstünlükdür;
  • Müştəri yönümlü xidmət mədəniyyəti, yüksək ünsiyyət və komanda işi bacarığı;
  • Stresə davamlılıq və problemləri operativ həll etmə bacarığı.

Əlavə Qeydlər:

  • Təyyarə Bələdçisi vəzifəsi xüsusi korporativ geyimlə icra olunur və əməkdaşlar geyim standartlarına riayət etməlidirlər;
  • Təyyarə Bələdçisi vəzifəsi daim müxtəlif insanlarla ünsiyyət tələb etdiyindən, görünən bədən hissələrində döymə, piercing və digər nişanların olması yolverilməzdir.

Seçim Mərhələləri:

  • CV-lərin tələblərə uyğunluğunun yoxlanılması
  • Namizədlərin fiziki göstəricilərinin tələblərə uyğunluğunun yoxlanması (Boy/Çəki və s.)
  • İngilis Dili bilik testi (qrammatika) və dil üzrə şifahi müsahibə.
  • Ümumi müsahibə (İnsan Resursları, Funksiya rəhbərliyi və Peşəkar Psixoloqun iştirakı ilə)
  • Tibbi Müayinə (yerli və beynəlxalq Aviasiya tələblərinə uyğun olaraq müvafiq prosedurların həyata keçirilməsi)
  • İşə Qəbul və Təlimlər

Tez-tez verilən suallara cavab: https://azal.az/az/azal-aviasirketi/karyera#faq

Müraciətlər üçün son tarix nədir?

  • Vakansiya üçün rəsmi ilkin son müraciət tarixi 31.12.2025-ci ildir. Bununla belə, AZAL İşə Qəbul komandası vakansiya üzrə müraciətləri sistemə daxil olduqdan sonra mərhələli şəkildə dəyərləndirir.
  • Seçimlər mərhələli şəkildə vakansiya tələblərinə ən uyğun gələn namizədlərdən başlayaraq vakansiyanın son müraciət tarixinə qədər bütün uyğun namizədlər ilə davam edəcək.

Müraciət etdikdən sonra hansı prosess gözlənilir?

  • İlkin əsas vəzifə tələblərinə uyğun gələn bütün namizədlər SMS/elektron poçt və ya telefon zəngi vasitəsilə cari vakansiya elanında göstərilən seçim mərhələlərini keçmək üçün növbəli şəkildə seçimlərə dəvət olunurlar.

Qeyd:

  • Hal-hazırda təhsil alan namizədlərin müraciətləri nəzərə alınmayacaq
  • Bu vəzifə tam məşğulluq və uçuş cədvəllərinə uyğun çevik iş rejimi tələb etdiyindən, yalnız vəzifə öhdəliklərini tam icra edə biləcək namizədlərin müraciətləri dəyərləndiriləcəkdir

Vakansiya haqqında

  • Vakansiya növü - Tam ştat

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

  • Daily0
  • Weekly205
  • Monthly1384