Təsvir
- Uçuş heyətləri və təyyarə bələdçilərinin sənədlərinin proqrama yerləşdirilməsi;
- İşə qəbul olunan əcnəbi vətəndaşlığı olan uçuş heyətlərinin sənədlərinin yoxlanılması və sistemə daxil edilməsi;
- Rəhbər sənədlərdə edilən dəyişikliklərin Q-Pulse və Meridian proqramları vasitəsilə SMS yolu ilə uçuş heyətlərinə göndərilməsi;
- Uçuş heyətləri və təyyarə bələdçilərinin məzuniyyətlərinin rəsmiləşdirilməsi;
- Ezamiyyət və xəstəlik vərəqələrinin sistemdə qeydiyyata alınması;
- Uçuş heyətlərinin uçuş sənədlərinin (xidməti pasportlar, vizalar, tibbi sertifikatlar, pilot şəhadətnamələri, buraxılış vəsiqələri və s.) bitmə tarixlərinə nəzarət edilməsi və bu barədə rəhbərliyə hesabatların hazırlanması;
- Pilotlar üçün CAT I, II və III kateqoriyaları üzrə DMAA-ya rəsmi məktubların hazırlanaraq göndərilməsi.
Tələblər
- Təhsil: Ali təhsil;
- Dil bilikləri: Azərbaycan dili - Ana dili; İngilis dili - yüksək səviyyə;
- Proqram bilikləri: Microsoft Office proqramları;
- Sahə üzrə minimum 1 il iş təcrübəsi;
- Ünsiyyət bacarıqları;
- Problemi həll etmə bacarığı;
- Təqdimat bacarıqları;
- İşə uyğunlaşma qabiliyyəti;
- Dəyişikliklərə uyğunlaşmaq bacarığı;
- Komandada işləmək bacarığı.
İş şəraiti
- İş qrafiki: 5 günlük;
- İş yeri: Heydər Əliyev Beynəlxalq Hava Limanı
Vakansiya haqqında
- Vakansiya növü - Tam ştat
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.