Təsvir
- Hava limanlarında müştəri mərkəzli yanaşma əsasında xidmətlər üzrə Xidmət Səviyyəsi Standartlarının (SLS/SLA) formalaşdırılması, tətbiqi və icrasına nəzarətin həyata keçirilməsi;
- Terminal prosesləri üzrə xidmət keyfiyyətinin qiymətləndirilməsi və Skytrax tələblərinə uyğun olaraq ümumi xidmət səviyyəsinin davamlı təkmilləşdirilməsi;
- ICAO, IATA, ACI kimi beynəlxalq təşkilatların hava limanı xidmətlərinə dair tələb və tövsiyələrinin öyrənilməsi və tətbiqi;
- Beynəlxalq təcrübəyə əsaslanaraq hava limanları üçün SLS/SLA-ların hazırlanması, tətbiqinin təmin edilməsi və monitorinqinin aparılması;
- Sərnişinlərə göstərilən əsas xidmətlər üzrə mövcud standartların müştəri təcrübəsi (Customer Experience) yanaşması ilə təkmilləşdirilməsi;
- Terminal üzrə bütün əsas proseslərdə (qeydiyyat, təhlükəsizlik, pasport nəzarəti, minik, transfer, CIP/VIP, baqaj, Lost & Found, Lounge, Fast Track və s.) xidmət keyfiyyəti auditlərinin aparılması;
- Audit nəticələrinə əsasən uyğunsuzluqların müəyyən edilməsi, hesabatların hazırlanması və korrektiv tədbirlərin icrasına nəzarət edilməsi;
- Hava limanlarında premium xidmətlərin (Lounge, Fast Track) fəaliyyətinə nəzarət edilməsi, xidmət səviyyəsinin stabil və yüksək saxlanılması üçün təkliflərin verilməsi;
- Lost & Found xidmətinin fəaliyyətinə nəzarət edilməsi, proseslərin sürəti, şəffaflığı və sərnişin məmnuniyyətinin artırılması istiqamətində tədbirlərin görülməsi;
- Skytrax auditlərinin nəticələri və tövsiyələri əsasında boşluqların müəyyən edilməsi və beynəlxalq standartlara uyğun təkmilləşdirmə planlarının hazırlanması;
- Terminal ərazisində fəaliyyət göstərən ticarət və iaşə obyektlərinin hava limanının brend imicinə uyğun olaraq müştəri mərkəzli idarə olunmasının monitorinqi, aşkar edilən uyğunsuzluqlar üzrə aidiyyəti tərəflərin məlumatlandırılması və nəzarətin təmin edilməsi;
- Terminalda sərnişin təcrübəsinin yaxşılaşdırılması məqsədilə müntəzəm müşahidələrin aparılması, inkişaf imkanlarının müəyyən edilməsi və rəhbərliyə təkliflərin təqdim olunması;
- Xidmət səviyyəsi göstəriciləri (SLA KPI-lar) üzrə aylıq və rüblük hesabatların hazırlanması və təqdim edilməsi.
Tələblər
- Təhsil: Bakalavr (Magistr üstünlükdür);
- İş təcrübəsi: Hava limanı və ya xidmət sektorunda 3–5 il; xidmət keyfiyyəti, SLA/SLS və audit təcrübəsi;
- Dil bilikləri: Azərbaycan dili – səlis; İngilis dili – əla;
- Proqram bilikləri: Word, Excel, Outlook, PowerPoint – yüksək səviyyədə bilmək;
- Beynəlxalq standartlar (ICAO, IATA, ACI və s.) üzrə ümumi anlayış;
- Güclü müşahidə, koordinasiya və hesabatlandırma bacarıqları;
- Analitik təhlil etmə bacarığı;
- Problemi həll etmə bacarığı;
- Komandada işləmək bacarığı.
İş şəraiti
- İş rejimi: 5 günlük/ 09:00-18:00
- İş yeri: Heydər Əliyev Beynəlxalq Hava Limanı
- Vakansiya növü - Tam ştat
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.