Vəzifələr:
- Vergi, Sosial Müdafiə, Statistika və digər nəzarət orqanlarına aylıq, rüblük, illik hesabatlar və bəyannamələrin hazırlanmasını təmin edilməsi;
- Kameral uyğunsuzluqların yoxlanılması və uyğunsuzluqlara cavabların yazılması;
- Uçot sənədlərinin qanunvericiliyə uyğun formada tərtib edilməsinə nəzarət edilməsi və uçotun şirkətin vergi siyasətinə uyğunluğunun təmin edilməsi;
- Vergi və digər məcburi ödənişlərin düzgün hesablanmasını və vaxtında müvafiq dövlət icra strukturlarına köçürülməsinin təmin edilməsi;
- Vergi və digər Dövlət qurumları ilə yazışmaların və müzakirələrin aparılması;
- Hesabat tərtib etmək üçün uçotun müvafiq sahələri üzrə məlumatlarının, mühasibat sənədlərinin hazırlanması və saxlanılmasına nəzarət etmək, onları müəyyən edilmiş qaydada arxivə təhvil vermək üçün rəsmiləşdirmək;
- Şirkətin xüsusi mühasibatlıq hesabatlarının hazırlanmasını düzgün formada və tələb olunan vaxt çərçivələrində təmin etmək;
- Birbaşa rəhbəri tərəfindən verilən digər tapşırıqların icrasını yerinə yetirmək;
Təhsil/Təcrübə:
- İqtisadiMühasibatlıqMaliyyə sahəsi üzrə ali təhsil;
- Analoji sahədə min 3 il iş təcrübəsi;
- PMS, Dip IFRS və ACCA sertifikatların olması arzuolunandır;
- 1C, Microsoft Office proqramlarını istifadəçi səviyyəsində bilmək;
- e-gov.az, e-taxes.gov.az və digər portallardan istifadə etmə bacarığı;
- Vergi, əmək qanunvericilikləri üzrə biliklər;
- Azərbaycan dilini sərbəst, rus və ingilis dilində orta səviyyədə danışıq, yazmaq və oxumaq qabilliyyəti.
- İşdə dəqiq, məsuliyyətli və dürüst olmalıdır.
Maraqlanan şəxslərdən CV formalarını mövzu yerində "Aparıcı-mühasib" qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərmələri xahiş olunur.